"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home FLƏŞ

İlham Mirzəyevin İttiham aktı – ŞOK

11 Sentyabr 2014 - 13:38
in FLƏŞ
FacebookVatsap

Xəbər verildiyi kimi, iki gün əvvəl Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin 71333barəsində başlanmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. “Qafqazinfo” xəbərr verir ki, “Təzadlar” qəzeti İlham Mirzəyev barədə ittiham aktını əldə edib. İttiham Aktını olduğu kimi təqdim edirik:

Bunu da oxuyun

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

İTTİHAM AKTI

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Əliyev İsrayıl İsrayıl oğlu, Mirzəyev İlham Əlikram oğlunun Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin (CM) 178.2.2. 178.2.3 və 178.2 4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1419000153 nömrəli cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edərək Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsini rəhbər tutub, hazırkı ittiham aktını tərtib etdim.

Həmin cinayət işi 10 aprel, 2014-cü il tarixdə tərəfımdən faktla görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü mıaddəsi ilə başlanmış və icraatıma qəbul edilərək ibtidai istintaqı aparılmışdır.

”İlhaMed” Tibb Mərkəzinin direktoru Mirzəyev İlham Əlikram oğlu Əhmədova Aynur Əşrəf qızının etibarından sui-istifadə edərək 3000 avro müqabilində cadugərlik yolu ilə ona yalan vəd verib pulunu mənimsəmişdir.

Cinayət işinin başlanmasına səbəb və əsas Bakı şəhəri, Nərimanov rayunu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında fəaliyyət göstərən “İlhaMed” Tİbb Mərkəzinin direktoru Mirzəyev İlham Əlikram oğlunun Əhmədova Aynur Əşrəf qızının etibarından sui-istifadə edərək 3000 avro müqabilində cadugərlik yolu ilə yalan vəd verib, 09 aprel, 2014-cü il tarixdə tibb mərkəzindəki iş otağında Aynur Əhmədovadan 1600 avro pulunu aldatma yolu ilə alaraq ələ keçirməsi,

10 aprel, 2014-cü il tarixdə saat 15:30-da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Aynur Əhmədovanın şikayət ərizəsi əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncunun növbəti dəfə «İlhaMed» Tibb Mərkəzinə gələrək əvvəlcədən seriya və nömrələri qeyd olunmuş 14 ədəd 100-lük avro pul əskinaslarından ibarət 1400 avro pulu mərkəzin direktoru İlham Mirzəyevə iş otağında verməsi, bununla da İlham Mirzəyevin Aynur Əhmədovaya məxsus ümumilikdə 3251 manat 56 qəpik dəyərində 3000 avro pulu aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli ziyan vurmaqla dələduzluq cinayətini törətdikdən sonra yaxalanması faktına görə toplanmış materiallar olmuşdur.

10 aprel 2014-cü il tarixdə tərəfimdən Mirzəyev İlham Əlikram oğlu cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməklə şübhəli şəxs qismində tutulmuşdur.

12 aprel, 2014-cü il tarixdə tərəfimdən cinayət işi üzrə şübhəli şəxs Mirzəyev İlham Əlikram oğlunun öz qulluq mövqeyindən istifadə etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdən ibarət cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş və cinayət işinin ibtidai istintaqı bu maddələr üzrə davam etdirilmişdir.

12 aprel 2014-cü il tarixdə tərəfimdən Mirzəyev İlham Əlikram oğlu cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.3. və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin hakimi Rəşad Abdulovun qərarı ilə barəsində 2 (iki) ay müddətində həbs-qətimkan tədbiri seçilmişdir.

02 avqust, 2014-cü il tarixdə tərəfimdən təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğlunun əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.3. və 178.2.4-cü maddələrindən həmin maddələr üzrə davam etdirilmişdir.

04 avqust, 2014-cü il tarixdə tərəfimdən ibtidai istintaq zamanı 12 aprel, 2014-cü il tarixdə təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğluna elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə, ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3 və 178.2.4-cü maddələri yenidən ittiham elan edilmişdir.

04 iyul, 2014-cü il tarixdə Azərbaycan Respubilkası Baş prokurorunun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay olmaqla, 05 (beş) ayadək, yəni 10 sentyabr, 2014-cü il tarixə kimi uzadılmışdır.

05 iyul, 2014-cü il tarixdə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynovun qərarı ilə təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğlunun həbsdə saxlanılma müddəti 2 (iki) ay olmaqla 10 sentyabr, 2014-cü il tarixədək uzadılmışdır.

Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Mirzəyev İlham Əlikram oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2-ci Y.Əliyev küçəsi, 34 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətinin aqlay daşı ilə döşənməsindən ötrü usta kimi müraciət etdiyi Daşdəmirov Rəşad Yaşar oğlunun etibarından sui-istifadə edərək təmir-tikinti işlərində istifadə ediləcək aqlay daşının pulunu görüləcək işin sonunda ödəyəcəyinə dair yalan vəd verib onu aldatmış, Rəşad Daşdəmirov 2012-ci ilin may ayından həmin ilin sentyabr ayının əvvəllərinədək olan müddət ərzində qeyd olunan ünvanda öz vəsaiti hesabına aldığı aqlay daşı ilə döşənmə işlərini tam olaraq başa çatdırsa da o, istifadə olunan 5000 manat dəyərində aqlay daşının pulunu ödəməyib aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs Rəşad Daşdəmirova xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

«İlham Əlikram oğlu Mirzəyev 10 fevral, 2014-cü il tarixdən 02 aprel, 2014-cü il tarixədək olan müddət ərzində «İlhaMed» tibb mərkəzində müalicə kursu adı ilə Zülfiyyə Əhmədovanın hissə-hissə olmaqla 1452 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirmişdir…»

Bundan başqa, İlham Mİrzəyev təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçi və direktoru olduğu «TANRI» Elmi-İstehsalat Firmasının nəzdində Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında fəaliyyət göstərən «İlhaMed» tibb mərkəzində ona müraciət etmiş Əhmədova Zülfiyyə Namaz qızının etibarından sui-istifadə edərək həmin tibb mərkəzində 16 seanslıq ödənişli müalicə kursu keçdikdən sonra oğlu Əhmədov İdris Fəxrəddin oğlunun problemini tam şəkildə aradan qaldıracağına dair yalan vəd verib.

İlham Mirzəyev 10 fevral, 2014-cü il tarixdən 02 aprel 2014-cü il tarixədək olan müddət ərzində «İlhaMed» tibb mərkəzində müalicə kursu adı ilə Zülfiyyə Əhmədovanın hissə-hissə olmaqla 1452 manat məbləğində pulunu aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq etmişdir.

Bundan başqa, İlham Mirzəyev təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçi və direktoru olduğu «İlhaMed» tibb mərkəzində ona müraciət etmiş Əhmədova Aynur Əşrəf qızının etibarından sui-istifadə edərək 3000 avro pul müqabilində cadugərlik yolu ilə yalan vəd verib, 09 aprel, 2014-cü il tarixdə «İlhaMed» tibb mərkəzindəki iş otağında Aynur Əhmədovanın həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 1730 manat 88 qəpik təşkil edən 1600 avro pulunu aldatma yolu ilə alaraq ələ keçirmiş, guya məsələnin müsbət həlli üçün Aynur Əhmədovanın və ailə qurmaq istədiyi şəxsin fotoşəkilərini 3000 avro pulla birlikdə təcili İsrail dövlətinə göndərməli olduğunu bildirərək qalan 1400 avro pulu növbəti gün ona verməsini istəmişdir.

Bundan sonra İlham Mirzəyev tərəfindən aldadılması qənaətinə gələn Aynur Əhmədova 10 aprel, 2014-cü il tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bu barədə şikayə ərizəsi ilə müraciət etmiş, həmin müraciət əsasında qeyd olunan idarənin əməkdaşları tərəfindən 10 aprel, 2014-cü il tarixdə saat 15:30-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Aynur Əhmədova növbəti dəfə «İlhaMed» tibb mərkəzinə gələrək əvvəlcədən seriya və nömrələri qeyd olunmuş 14 ədəd 100-lük avro pul əsginaslarından ibarət həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 1520 manat 68 qəpik təşkil edən 1400 avro pulu mərkəzin direktoru İlham Mirzəyevə iş otağında vermiş, bununla da İlham Mirzəyev Aynur Əhmədovaya məxsus ümumilikdə 3251 manat 56 qəpik dəyərində 3000 avro pulu aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq cinayətini törətdikdən sonra tədbirdə iştirak edən polis əməkdaşları tərəfindən iş otağında saxlanılmış, baxış zamanı seriya və nömrələri qeyd olunmaqla əməliyyat tədbirində istifadə olunan və bir qədər əvvəl Aynur Əhmədova tərəfindən ona təqdim olunmuş 14 ədəd 100-lük avro pul əsginasları İlham Mirzəyevin iş otağındakı şkafın yuxarıdan ikinci siyirməsindən aşkar edilərək götürülmüşdür…”

 

Tags: SAVAŞ
Previous Post

İlham Mirzəyevin İttiham aktı – ŞOK

Next Post

Bethovenin naməlum qadına yazdığı sevgi məktubu

Bənzər yazılar

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

02 May 2024 - 14:56

Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Next Post

Bethovenin naməlum qadına yazdığı sevgi məktubu

Bethovenin naməlum qadına yazdığı sevgi məktubu

Son xəbərlər

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.