"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“AST” Telman bütün varidatını itirə bilər

26 Avqust 2014 - 10:35
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Rusiyalı ekspert: “Bir biznes çevrəsində Putin barədə işlətdiyi xoşagəlməz ifadələr onu arzuolunmazimg1624787 şəxsə çevirdi”

Telman İsmayılov adı təkcə Rusiyada deyil, vətəni Azərbaycanda da olduqca məşhurdur. Biznesmenin özü də dəfələrlə qeyd edib ki, milliyətcə yəhudi olsa da, özünü azərbaycanlı sayır. Moskvalı biznesmenlərlə təmaslar zamanı onlar birmənalı olaraq, söyləyirlər ki, Telman İsmayılov qeyri-ordinar biznesmen və bacarıqlı idarəçidir.
Uzun müddət bu biznesmenin adı Moskvada fəaliyyət göstərən Çerkizov bazarı ilə birgə çəkilirdi. Bu gün həmin bazar yoxdur, elə Telman İsmayılov da Rusiya biznesində demək olar ki, görünmür. Rusiya mətbuatı yazır ki, “Mardan Palace” otelinə dəbdəbəli açılış keçirən biznesmen bu gün borcun içində itib-batır.
İyunda məlum oldu ki, AST şirkətlər qrupuna daxil olan KBF “AST” Moskvanın Arbat küçəsində yerləşən məşhur “Praqa” restoranını sata bilər. Satılıq siyahısına Krasna Presnadakı “Tropikano” biznes mərkəzi və Moskvanın şərqi İzmaylovo rayonunda yerləşən binalar kompleksi də əlavə edilib. Mənbə iddia edir ki, bununla Telman İsmayılov “Bank Moskvadan” götürdüyü 4 milyard rubl krediti ödəmək istəyir.
Bu məlumatları verən Rusiyanın “İzvestiya” qəzetinin “Bank Moskvadakı” mənbəsi iddia edir ki, əvvəlcə adı sonuncu çəkilən obyektlər satılacaq. Əgər borcun ödənməsi üçün bu məbləğ yetərli olmasa, onda Telman İsmayılovun “Heç zaman satmaram” dediyi “Praqa” restoranı da satışa qoyulacaq.
Daha bir zərbəni Telman İsmayılov Kiprdən aldı. Telman İsmayılovun Rusiyada və Türkiyədəki aktivləri Sergey Yançukovun rəhbərlik etdiyi “Manqazeya” kompaniyasının tələbi ilə donduruldu. Kompaniya iddia edir ki, Telman İsmayılov Moskvada devolper fəaliyyəti üçün “Manqazeyadan” 100 milyon dollar borc almışdı ki, onun da ödənilməsi tarixi keçən payızda bitib. Amma təkcə “Mardan Palace”ın qiyməti sözügedən məbləği dəfələrlə üstələyir və mütəxəssislər əmindir ki, tərəflər problemi məhkəməyə qədər həll edəcəklər.
Amma Telman İsmayılovun problemləri bununla da bitmir. “Sezariya Ltd” kompaniyası biznesmenə məxsus “Tandum” şirkətinə qarşı London beynəlxalq arbitraj məhkəməsində iddia qaldırıb. Şikayət üzrə, iş baxılana qədər İsmayılovun Kiprdəki bütün aktivləri dondurulub. Əgər “Sezariya Ltd” qələbə qazanarsa, onda Telman İsmayılovun dünyanın istənilən nöqtəsindəki mülkiyyəti satışa çıxarıla bilər. Buna mane olmaq cəhdləri isə biznesmenin həbsi ilə nəticələnə bilər. Bu yaxınlarda London Arbitraj məhkəməsi işə baxacaq.
“Mardan Palace”ın açılışından sonra Rusiya Prezidenti Vladimir Putinin “qara siyahısına” düşən, lakin sonra “reabilitasiya” olunan Azərbaycan əsilli biznesmen qara zolaqdan niyə çıxa bilmir? Bu məsələni “Bizim Yol”a tanınmış rusiyalı iqtisadi şərhçi Viktor Gimbarovski izah etməyə çalışıb.
– Cənab Gimbarovski, bir müddət əvvəl məlum idi ki, Telman İsmayılov Putinin “qara siyahısına” düşüb. Çerkizov bazarının bağlanmasını da bununla izah edirlər. Azərbaycanlı biznesmenin günahı nə idi?
– Bazar iqtisadiyyatının başlanğıc dövründə oliqarxlar külli miqdarda sərvət topladılar. Kimi özəlləşdirmədə, kimi də resursların satışından fantastik dərəcədə varlandı. Telman İsmayılov bir çox sahələrdə biznesə girişmişdi, amma əsas gəlir mənbəyi Çerkizov bazarı idi. Bu bazar Avrasiya məkanında ən böyük topdan satış bazarı idi. Ekspertlər hesab edirdilər ki, bazarın sahibinin gündəlik gəliri 1 milyon dollar idi.
Tələbat malları bazarı kölgə iqtisadiyyatında gəlirliliyinə görə (kriminal sahələr – silah satışı, qadın alveri və narkotiklər istisna olmaqla) tikinti sahəsindən sonra ikinci yerdədir. Yəni minimal vergilər ödəməklə fantastik gəlirləri gizlətmək mümkündür. İndiyə qədər biznes elitasında Telman İsmayılovun hansısa əyləncə mərkəzində Putin haqqında xoşagəlməz sözlər söyləməsindən danışırlar. Təsadüfi deyil ki, bu gün oliqarxın bütün biznesi ciddi pressinq altına düşüb.
Əvvəlcə Çerkizov bazarında ciddi yoxlamalar başladı, sonra bazar bağlandı. Bir sözlə, Putin barədə dediyi sözlər Telman İsmayılovu Rusiyada arzuolunmaz şəxsə çevirdi və onun başını dərdə soxdu. Bəzi ekspertlər deyirdilər ki, bu situasiyada Telman İsmayılov çətin ki, Soçi olimpiya obyektlərinin tikintisi üçün dövlət sifarişi ala bilsin. Amma Soçi olimpiadası imic proyekti idi və orada yuxarılarla az-çox əlaqəsi olan şirkətlər iş payı aldılar.
Maraqlıdır ki, Rusiyada bir çox məmurlar və biznesmenlər Putin haqqında neqativ fikirlər söyləyiblər, amma bu, onlar üçün nəticəsiz ötüşüb. Rusiyada hakimiyyət – oliqarxiya münasibətləri özünəməxsusdur. Hakimiyyət onlara sosial proyektləri həvalə edir, əvəzində bəzi güzəştlər edir. Məsələn, Roman Abramoviç Çukotkanın qubernatoru olarkən orada bir sıra layihələr üçün pul xərclədi, amma bundan heç bir gəlir götürmədi. Hakimiyyət bu münasibətləri ədalətli hesab edir, belə ki, oliqarxların vaxtı ilə qazandığı pullardan Rusiya dövlətinə və əhaliyə də nəsə xərclənir. Məndə olan məlumata görə, Putinin adamları Telman İsmayılova da bu tipli bir neçə proyekt təklif etsələr də, tərəflər qiymət məsələsində razılığa gələ bilməyiblər.
– Belə çıxır ki, məhz bu səbəbdən Telman İsmayılov “Mardan Palace”ı Soçidə yox, Antalyada inşa etdirdi…
– “Mardan Palace”ın tikintisi vasitəsilə Telman İsmayılovun öz kapitalını Rusiyadan çıxarması faciə deyil. Bir çox oliqarxlar futbol, basketbol komandaları almaq adı altında sərvətlərini ölkədən çıxarırlar. Telmanın Soçini yox, Antalyanı seçməsi sırf iqtisadi göstəricidən qəbul edilmişdi. O zaman olimpiadanın Soçidə keçiriləcəyi məlum idi və biznesmenlər bu imic-proyektində iştirak etmək üçün mübarizə aparırdılar. Yəni Soçidəki obyektlərdən gəlir götürmək uzun illərdən sonra məlum olacaq. Telman İsmayılov bunu bilirdi və daha tez gəlir gətirəcək Antalya proyektini seçdi. Türkiyə rusların da kütləvi şəkildə istirahət etdiyi bir məkandır. Bundan əlavə, Rusiyadan fərqli olaraq, Türkiyə hökuməti irimiqyaslı investisiya qoyuluşu üçün cazibədar güzəştlər təklif edir. Məhz buna görə Telman Antalyanı seçdi.
– Azərbaycan əsilli biznesmenin son problemləri ilə bağlı nə deyə bilərsiniz? O öz sevimli “Mardan Palace” otelini itirə bilərmi?
– Kiprdəki hesabların dondurulması, borc öhdəliyi ətrafında Telman İsmayılov və Sergey Yanmukovun şirkətləri arasında arbitraj mübahisəsinin nəticəsidir. Maraqlı məsələ başqadır. Təkcə “Mardan Palace”ın qiyməti borcun qiymətindən dəfələrlə çoxdur, amma məhkəmə Telman İsmayılovun Moskvadakı mülkiyyətinə də həbs qoyub. Görünür vergidən yayınmaq üçün Telman İsmayılov Kiprdəki offşor kompaniyalardan istifadə edib. Təbii ki, baş verənlərdə Telman İsmayılovun Rusiya hakimiyyətinin gözündən düşməsini inkar eləmək olmaz.
– İndi Rusiya cəmiyyətinin ona münasibəti necədir?
– Nəzərə alsaq ki, sıravi rusiyalı yaşayış minimumuna görə dünyada 52-ci yerdədir, onun Telman kimi bütün oliqarxlara münasibəti mənfidir. Bu neqativdə Telmanın milli mənsubiyyəti də rol oynayır. Təəssüf ki, bu gün Rusiyada milli zəmində baş verən konfliktlərin kökündə əhalinin böyük əksəriyyətinin sosial-iqtisadi vəziyyətinin aşağı olması durur. Hamının bildiyi yolla qazanılan sərvətin həddindən ziyadə gözə soxulması isə əhalidə qıcıq və əlavə söz-söhbətlər yaradır.
İsmayılovun neqativ imicinin formalaşmasında onun xeyriyyəçilik fəaliyyətinin mətbuatda işıqlandırılması məsələsinə önəm verməməsi də rol oynayıb. Çoxları bilmir ki, məhz Telman İsmayılov “Xristos-Spasitel” kilsəsinin tikintisinə böyük məbləğlər ianə edib və Rusiyanın ən böyük mesenatlarından biridir.
Previous Post

“AST” Telman bütün varidatını itirə bilər

Next Post

ABŞ təyyarələri Suriyaya girmək niyyətindədir

Bənzər yazılar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44

Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı...

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06

Ölkə ərazisində hava şəraiti yağmursuz keçib. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 26-sı saat 10:00-a olan...

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a bildirilib ki, iyulun 26-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava...

FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib – FOTO

FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib – FOTO

25 İyul 2026 - 14:18

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026-ya hazırlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar...

Next Post

ABŞ təyyarələri Suriyaya girmək niyyətindədir

ABŞ təyyarələri Suriyaya girmək niyyətindədir

Son xəbərlər

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

26 İyul 2026 - 15:49
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44
Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

26 İyul 2026 - 15:41
Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

26 İyul 2026 - 11:13
Coratda 26 yaşlı gənc dənizdə boğulub

Coratda 26 yaşlı gənc dənizdə boğulub

26 İyul 2026 - 11:11
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

26 İyul 2026 - 11:09
FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul 2026 - 19:15
Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.