Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, turnirdə təmsilçilərimizdən olan “Neftçi”də bu gün meydana çıxıb.
Böyükağa Hacıyevin komandası səfərdə Serbiyanın “Partizan” klubu ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 23:15-də başlayan görüşdə qapılara 5 qol vurulub. Hesabda 2:0 önə keçən “Neftçi” sonradan üstünlüyünü əldən verərək meydanı məğlub tərk edib – 2:3.
Xatırladaq ki, “Neftçi” 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsində “Partizan”la eyni qrupda mübarizə aparmışdı. Bu komandalar arasında Serbiyada baş tutan ilk görüşdə qapılara qol vurulmamışdı – 0:0. Bakıdakı cavab qarşılaşmasında da qalib müəyyənləşməmişdi. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk etmişdi.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.
UEFA Almaniya yığmasına qadağa qoydu
Almaniya millisi UEFA Millətlər Liqasında Niderlandla qarşılaşmada yeni qara formada meydana çıxacaq. Elchi.az xəbər verir ki, komanda əvvəlcə 1990-cı il...



















Son şərhlər