"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Türkiyənin yeni baş naziri…

21 Avqust 2014 - 10:04
in MANŞET
FacebookVatsap

Ərdoğana yaxınlığı ilə seçilən xarici işlər nazirinin keçid dövrü üçün – 2015-ci il seçkilərinə qədərimg1618741 hökumətə rəhbərlik edəcəyi bildirilir, sonrakı mərhələdə isə AKP-yə yeni lider lazım olacaq

Bunu da oxuyun

Tramp İranı ağır zərbələrlə hədələdi: “Onlar yaxşıca əziləcəklər”

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

Süni intellekt mütəxəssisləri: İnkişaf tempini yavaşladın

Türkiyənin yeni baş naziri hazırkı xarici işlər naziri Əhməd Davudoğlu olacaq. Bu barədə bu həftə səlahiyyətləri başa çatan prezident Abdullah Gül açıqlama verib. Ötən gün Çankaya köşkündə Gül iş adamları, sənətçilər, yazarlar, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçləri ilə vida mərasimi keçirib.

A.Gül bildirib ki, hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğan prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra hökumətə xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik edəcək. Abdullah Gül bildirib ki, prezident üsul-idarəsinin yaranmasına qarşıdır. Eyni zamanda səlahiyyət müddəti başa çatdıqdan sonra Ankaranı tərk edərək İstanbula köçəcəyini bildirib.
Qeyd edək ki, Ərdoğanın prezident seçilməsindən sonra əsas diqqət Türkiyənin yeni hökumət başçısının kim olacağına yönəlib. Hazırkı qanunlara görə Türkiyədə hökumətə rəhbərlik baş nazirə məxsusdur və hökumətə başçısı hələ də üstün səlahiyyətlərə malikdir. Belə bir vəziyyətdə hökumət başçısı postuna məhz Davudoğlunun gətirilməsi xeyli dərəcədə maraq doğurur. yeri gəlmişkən, qeyd edək ki, hazırkı prezident A.Gül baş nazir olmağa iddialı olsa da, Ərdoğanın AKP-nin növbəti qurultayını prezident inauqurasiya mərasimindən bir gün əvvələ təyin etməsi Gülün qurultayda iştirak edərək AKP-yə bərpa olunmaq və rəhbərliyə seçilmək imkanlarının üzərindən xətt çəkir. Eyni zamanda Ərdoğan bəyan edib ki, özündən sonra AKP sədri və baş nazirin eyni şəxslər olmasını istəyir, iki əlavə seçki keçirməyə gərək yoxdur. Bu isə faktiki olaraq Gülün partiyaya və baş nazirliyə gedən yolunu bağlayıb.
Qeyd edək ki, hələ seçkidən əvvəl də Davudoğlu baş nazirliyə Ərdoğanın əsas namizədlərindən biri hesab olunurdu. Çünki bu şəxs uzun illər Ərdoğanın xarici siyasət məsləhətçisi olub, son illərdə AKP hökumətinin xarici siyasət fəaliyyətinə rəhbərlik edib. Eyni zamanda fikri və ideya baxımından Ərdoğanla eyni görüşləri paylaşır. Həmçinin daha əvvəl siyasi karyerası olmayan Davudoğlunun Ərdoğana sadiq kadr olduğu bildirilir. Bu mənada Davudoğlu baş nazir postuna Ərdoğanın ən çox etimad göstərəcəyi şəxsdir. Həmçinin, mövzunu qəzetimizə şərh edən ekspertlər Davudoğlunun namizədliyinin həm də AKP daxilində parçalanmanın qarşısını almaq üçün ən uyğun variant kimi qeyd edirdilər.
Davudoğlu hazırda baş nazirliyə ən real namizəd sayılmasının iki səbəbi var. Birincisi, Ərdoğanın prezident olmasından sonra ABŞ və AB Davudoğlunu Güldən sonra işləyə biləcəkləri ən uyğun namizəd kimi görürlər. Habelə, prezident seçkilərindən sonra Ərdoğana qarşı yeni müxalif cəbhənin açılmasının qarşısı yalnız bu yolla alına bilər. Çünki Ərdoğan və Davudoğlunun xarici siyasət və daxili siyasətlə bağlı baxışları yaxındır. Davudoğlunun daha bir üstünlüyü onun partiya daxilindəki Gül tərəfdarlarının səsini ala bilməsidir. 2015-ci il seçkilərinədək AKP-də ən uyğun namizəd Davudoğludur.
Ancaq gələn il Türkiyədə parlament seçkiləridir və bu seçkilər zamanı AKP-yə daha güclü və xarizmatik lider lazım gələcək. Çünki Ərdoğan faktiki olaraq partiya fəaliyyətindən kənarlaşacaq, gərgin keçən seçki kampaniyasını aparmaq, partiya daxilində birliyi saxlamaq, eləcə də seçkilərdə qalib olmaq üçün daha fəal, güclü liderin AKP-nin başına gətirilməsi lazımdır. Davudoğlu isə bu parametrlərə uyğun deyil. Bu səbəbdən müşahidəçilərə görə, Davudoğlu baş nazir təyin olunsa belə, bu, gələn ilin ortalarına qədər olan müddətə qədər davam edəcək.
Bundan sonra isə AKP daxilində kompromis saxlanılmaqla yeni bir lider seçiləcək, əks halda partiyada çatların yaranması qaçılmaz olacaq. Yeri gəlmişkən, 2015-ci ildə AKP-nin lideri və baş nazirliyə namizəd Abdullah Gül də ola bilər. AKP daxilində Gülün çoxlu sayda tərəfdarı var, eyni zamanda partiyanın qurucularından biri kimi Gülün birinci posta iddiası normal qəbul olunur. Ancaq Gülün son illərdə Ərdoğanla münasibətlərində soyuqluğun yaranması onun AKP rəhbərliyinə gedən yolda əsas maneədir. Gülün AKP-ya qayıdışı yalnız Ərdoğanla yenidən razılaşma əldə etməsindən asılı olacaq.

 

Previous Post

Türkiyənin yeni baş naziri…

Next Post

Ukrayna Rusiya yardımını yoxlayır

Bənzər yazılar

Tramp İranı ağır zərbələrlə hədələdi: “Onlar yaxşıca əziləcəklər”

Tramp İranı ağır zərbələrlə hədələdi: “Onlar yaxşıca əziləcəklər”

29 İyul 2026 - 16:59

Amerika Birləşmiş Ştatları İordaniyadakı amerikalı hərbçilərin atəşə tutulmasına cavab olaraq İrana güclü zərbələr endirmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu...

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

29 İyul 2026 - 16:00

Rusiya tarixi irsi, iqtisadi potensialı və öz tarixinə olan hörməti sayəsində misli görünməmiş sanksiya təzyiqinə uğurla sinə gərir. Elchi.az xəbər...

Süni intellekt mütəxəssisləri: İnkişaf tempini yavaşladın

Süni intellekt mütəxəssisləri: İnkişaf tempini yavaşladın

29 İyul 2026 - 11:38

Aparıcı Süni İntellekt və texnologiya şirkətlərinin 1000-dən çox yüksək vəzifəli işçisi və tədqiqatçısı ABŞ hökumətini təhlükəsizlik və nəzarət mexanizmlərinin inkişaf...

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

28 İyul 2026 - 17:10

Amerika Prezidenti Donald Tramp İrandakı Nətənz yaxınlığında yerləşən və ABŞ-də "Kirka" adlandırılan Kolanq Qaz-La dağı altında gizlədilən ehtimal olunan yeni...

Next Post

Ukrayna Rusiya yardımını yoxlayır

ABŞ-dan türk jurnalistin tutulmasına rəsmi mövqe

Son xəbərlər

Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

29 İyul 2026 - 19:30
“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

29 İyul 2026 - 19:26
Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

29 İyul 2026 - 19:16
Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

29 İyul 2026 - 19:09
Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

29 İyul 2026 - 18:57
Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

29 İyul 2026 - 18:50
Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

29 İyul 2026 - 18:41
Qəzzada 60 mindən çox uşaq yetim qalıb

Qəzzada 60 mindən çox uşaq yetim qalıb

29 İyul 2026 - 18:36
DİM magistraturaya qəbulun nəticələrini elan etdi

DİM magistraturaya qəbulun nəticələrini elan etdi

29 İyul 2026 - 18:26
Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

29 İyul 2026 - 18:14
Liviya Rusiyaya öz ərazisində neft zavodu tikməyi təklif edir

Liviya Rusiyaya öz ərazisində neft zavodu tikməyi təklif edir

29 İyul 2026 - 18:00
Netanyahu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens ilə görüşüb

Netanyahu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens ilə görüşüb

29 İyul 2026 - 17:47
Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

29 İyul 2026 - 17:35
İnfantino DÇ hüquqlarının satışı üçün FIFA üzvlərinə 40 milyon təklif etdi

İnfantino DÇ hüquqlarının satışı üçün FIFA üzvlərinə 40 milyon təklif etdi

29 İyul 2026 - 17:28
“SOCAR Polymer”in qeyri-neft sektoru üzrə ixracı azalıb

“SOCAR Polymer”in qeyri-neft sektoru üzrə ixracı azalıb

29 İyul 2026 - 17:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.