Cüdo üzrə Azərbaycan millisinin dünya çempionatına yollanacaq heyəti dəqiqləşib. Apasport.az saytının
məlumatına görə, komandamızın baş məşqçisi Hacıağa Hacıəhmədov Rusiyanın Çelyabinsk şəhərində baş tutacaq mundialda 9 idmançımıza şans verəcək.
O, kişilərin yarışında İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov və Elmar Qasımovı (hər ikisi 100 kq), qadınların mübarizəsində isə Kifayət Qasımovanı (57 kq) sınayacaq.
Qeyd edək ki, avqustun 25-31-də baş tutacaq dünya çempionatı üçün 120 ölkədən 751 cüdoçu (465 kişi, 286 qadın) sifariş olunub.
Mərakeş millisinin futbolçusu karyerasını Almaniya Bundesliqasında davam etdirəcək
Mərakeş millisinin və Fransanın “Marsel” klubunun futbolçusu Bilal Nadir Almaniyanın “Hamburq” komandasına transfer olunub. Elchi.az klubun mətbuat xidmətinə istinadən xəbər verir...



















Son şərhlər