"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

ADNA terrorundan 6 il ötür

30 Aprel 2015 - 10:15
in MANŞET
FacebookVatsap

ADNA terrorundan 6 il ötür

Bunu da oxuyun

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

Gənclər təşkilatları anım ziyarətləri təşkil edəcəklər

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən məlum terror hadisələrindən 6 il ötür. Ölkəmizi çalxalayan hadisə 2009-cu il 30 apreldə səhər saat 9:30 radələrində baş vermişdi.

 
ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs qarşısına keçən hər kəsə “Makarov” tipli tapançadan atəş açmışdı. Hadisə nəticəsində 12 nəfər həyatını itirmiş, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
Qatil atəş açdığı şəxsləri əsasən boyun və baş nahiyəsindən güllələmişdi. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da var idi. Hadisəni törədən cinayətkar sonda özünə qəsd etmişdi. Hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra cinayəti 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovun törətdiyi məlum olmuşdu. Hadisə ilə bağlı başlanan cinayət işində Fərda Qədirovun ölümü səbəbindən ona aid olan hissəyə xitam verilmişdi. Digər təqsirləndirilən şəxslər Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Dəhşətli faciədən keçən hər ilin 30 aprelində ADNA-nın qarşısı polis mühasirəsində olur. Ziyarətə maneələr yaradılır. Bütün bunlara baxmayaraq, bu gün ADNA qurbanlarının yad ediləcəyi gözlənilir. Ölkəmizin gənclər təşkilatlarının bəzi planları var.
 
Müsavat Gənclər Təşkilatının Təşkilat Komitəsinin üzvü Əbülfəz Sadıqbəyli xüsusi ziyarət planlaşdırmadıqlarını bildirdi: “Fərdi qaydada bir neçə nəfərlə ziyarət təşkil edəcəyik. ADNA-nın qarşısına qərənfillər düzməyə cəhd edəcəyik. Yəqin ki, hər il olduğu kimi, bu il də maneələr olacaq. Amma biz öz mənəvi borcumuzu yerinə yetirməyə çalışacağıq”.
NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəhman Məmmədli anım ziyarəti təşkil edəcəklərini söylədi: “Ziyarətimiz saat 12:00-da olacaq. Üzvlərə bu barədə məlumat vermişik. Sadəcə, anım olacaq. Başqa planımız yoxdur. Ümid edirik ki, maneələr yaradılmayacaq. Sakit şəkildə ziyarətimizi keçirmək fikrindəyik. ADNA qarşısında güllər düzüb, şam yandıracağıq”.
Milliyyətçi Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Müşfiq Atilla Vəliyev də ADNA qurbanlarını yad edəcəklərini qeyd etdi: “Hər il olduğu kimi, bu il də ADNA qurbanlarını xatırlayacağıq. Hadisə yerinə əklil qoyub, terroru lənətləyəcəyik. Anlamadığımız bir məqam var ki, son iki ildə anım mərasimlərində süni qarşıdurmalar yaradılır. Anım tədbirlərinin qarşısı alınır. Hələ də terror aktının üstünün açılmaması, hadisəyə laqeyd yanaşılması biz gəncləri narahat edir. Qeyd edim ki, əklil qoyub, ölənləri bir dəqiqəlik sükutla yad edib tədbirimizi bitirəcəyik”.
 
Bütöv Azərbaycan Ocaqları Mərkəzi Şurasının gənc üzvü Zəka Sahib polisin müdaxilələrinə görə ziyarət təşkil etməyəcəklərini bildirdi: “Şahidi oluruq ki, polis bu ziyarətə ciddi mane olur. Ali məktəblərdə təhlükəsizlik tədbirlərinin yox səviyyəsində olması ADNA hadisələrini yaşatdı. Ciddi mühafizə sistemi yoxdur. Orada ölən qardaş, bacılarımız nurlu sabahımız idi. Əfsuslar olsun ki, onları itirdik. Bu hadisə istənilən vaxt yenə də təkrar oluna bilər. Keçmişdən dərs götürüb, mühafizə sistemi gücləndirilməlidir. Terrorun qurbanı olmuş ailələrin və millətimizin başı sağ olsun”.

 

Previous Post

Neft ucuzlaşıb

Next Post

Dollar ucuzlaşdı -Cədvəl

Bənzər yazılar

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01

Beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal...

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

03 Sentyabr 2026 - 19:59

Serbiyanın Mədən Sənayesi və Energetika Nazirliyinin, "Elektroprivreda Srbije" (EPS), "Srbijagas" şirkətlərinin və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri Nişdə (Serbiya)...

“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

03 Sentyabr 2026 - 19:57

2026-cı ildə "Formula 1" Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Elchi.az...

Nepal daşqında həlak olanların xatirəsinə sentyabrın 7-ni matəm günü elan edib

Nepal daşqında həlak olanların xatirəsinə sentyabrın 7-ni matəm günü elan edib

03 Sentyabr 2026 - 17:41

Nepal Hökuməti Rasuva rayonundakı Bote-Koşi çayında baş verən daşqın nəticəsində həlak olanların xatirəsini yad etmək üçün sentyabrın 7-ni milli matəm...

Next Post

Dollar ucuzlaşdı -Cədvəl

Dollar ucuzlaşdı -Cədvəl

Son xəbərlər

Tramp ölkəyə qanunsuz immiqrantların girişinin qarşısını aldıqlarını müdafiə edir

Tramp: “İran iqtisadiyyatı çökür”

04 Sentyabr 2026 - 10:57
ABŞ ordusu Şərqi Sakit okeanda bir qayığı batırdı

ABŞ ordusu Şərqi Sakit okeanda bir qayığı batırdı

04 Sentyabr 2026 - 10:48
Səudiyyə Ərəbistanı Asiya bazarı üçün neftin qiymətini endirdi

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşıb

04 Sentyabr 2026 - 10:35
Milçək beyni xəritələşdirilib: İnsan davranışının və xəstəliklərinin sirləri açıla bilər

Milçək beyni xəritələşdirilib: İnsan davranışının və xəstəliklərinin sirləri açıla bilər

04 Sentyabr 2026 - 10:26
BM xəbərdarlıq etdi: 2027 tarixin ən isti ili ola bilər

BM xəbərdarlıq etdi: 2027 tarixin ən isti ili ola bilər

04 Sentyabr 2026 - 10:17
Saturnun cənub qütbündə sirli onbucaqlı bulud quruluşu kəşf edildi

Saturnun cənub qütbündə sirli onbucaqlı bulud quruluşu kəşf edildi

04 Sentyabr 2026 - 10:09
Xırdalanda restoranda baş verən yanğın söndürülüb – YENİLƏNİB

Xırdalanda restoranda baş verən yanğın söndürülüb – YENİLƏNİB

04 Sentyabr 2026 - 09:54
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 Sentyabr 2026 - 09:41
Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş ucuzlaşıb

04 Sentyabr 2026 - 09:33
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb

Dünya bazarlarında neftinin qiyməti 96 dollara çatıb

04 Sentyabr 2026 - 09:25
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib

Prezident İlham Əliyev Corciya Melonini təbrik edib

04 Sentyabr 2026 - 09:12
Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

03 Sentyabr 2026 - 21:12
Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

03 Sentyabr 2026 - 20:59
Tramp Karninin siyasətini Kanada iqtisadiyyatı üçün mənfi hesab edir

Tramp Karninin siyasətini Kanada iqtisadiyyatı üçün mənfi hesab edir

03 Sentyabr 2026 - 20:49
MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

03 Sentyabr 2026 - 20:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.