"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Bütün orqanları kəlləmayallaq yerləşən dahi

28 İyul 2014 - 10:11
in MƏDƏNİYYƏT
FacebookVatsap

Divanəlik və istedad arasındakı bağlılıqdan çox danışılıb. Biz onları təkrarlamaq istəmirik. Ancaq istedadlı 1406497313divanələr tamamilə ağıllı bəşərəiyyətə çox böyük, həm də olduqca pozitiv təsir göstərirlər. Dünya fikri tarixinə nəinki təkcə gözəl ədəbi əsərlər, həm də dahiyanə yaradıcılıq tapıntıları bəxş etmiş bu şəxsiyyətlərin bədii örnəklərini psixi baxımdan tamamilə sağlam, lakin o qədər də istedadlı olmayan qələm sahibləri az və ya çox uğurla təxmis etmiş, onlara bənzəməyə çalışmışlar. Bu ənənə dünya durduqca beləcə də davam edəcək.

Bunu da oxuyun

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalq artisti Zaur Rzayev vəfat edib

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

 Axar.az belə yazarların xəstəlik tarixçəsini və bəşəriyyətə bəxş etdikləri dəyərləri silsillə şəklində oxucularına təqdim edir.

 Nikolay Vasilyeviç Qoqol (Yankovski) (1809-1852), rus yazıçısı, dramaturq, şair, tənqidçi, publisist.

 Diaqnoz

 Şizofreniya, vaxtaşırı baş qaldıran psixoz.

 Simptomları

 Görmə və səs hallüsinasiyaları: süstlük və tam fəaliyyətsizlik (tormozlanma) dönəmləri (tam hərəkətsizlikdən tutmuş xarici aləmdəki qıcıqlara qarşı reaksiya qabiliyyətinin itməsinədək) və bu halla əvəzlənən oyanma tutmaları, depressiyaya düşmə, kəskin ipoxondriya (xəstələnməkdən qorxma nəticəsində baş verən ruh düşkünlüyü; ümidsizlik, məyusluq – tərc.), klaustrofobiya. Böyük yazıçı elə güman edirdi ki, bədənindəki bütün orqanların yeri qarış-quruş olub, mədəsi isə kəllə mayallaq yerləşdirib.

 Xəstəlik tarixi

 Şizofreniyanın bu və ya digər təzahür formaları Qoqolu bütün həyatı boyu müşayiət edib, ancaq ömrünün sonuncu ili xəstəliyi xeyli kəskinləşmişdi. 26 yanvar 1852-ci ildə yazıçının yaxın dostunun bacısı Yekaterina Mixaylovna Xomyakova qarın yatalağından vəfat edir və bu ölüm yazıçıda kəskin ipoxondriya tutmalarının başlamasına səbəb olur. Qoqol arasıkəsilmədən dualar etməyə bşlayır, yeməkdən imtina edir, halsızlıq və əzginlikdən şikayətlənir və inandırır ki, ölümcül xəstəliyə yoluxub. Halbuki həkimlər yüngül mədə-bağırsaq pozğunluğundan başqa bir xəstəliyi olmadığını söyləyirdilər. Sonradan məlum oldu ki, yazıçıya sadəcə diaqnoz qoya bilmirdilər. Fevralın 11-dən 12-nə keçən gecə Qoqol əlyazmalarını yandırır (səhərisi gün isə bu hərəkətini cin-şeytan axtarması ilə izah edir), getdikcə vəziyyəti daha da pisləşir. O qədər də peşəkar şəkildə aparılmayan müalicə (burun deşiyinə zəli qoymaq, soyuq döşək ağına bükmək və başını buzlu suya salmaq) isə heç bir nəticə vermir. 21 fevral 1852-ci ildə yazıçının ürəyi dayanır. Ölümün əsl səbəbləri isə indiyədək aydın deyil. Ancaq çox güman ki, Qoqol özünü tam olaraq psixi və fiziki cəhətdən ölüm həddinə çatdırmışdı – istisna deyil ki, müasir psixatriyanın köməkliyi sayəsində yazıçının xilas etmək mümkün olardı.

 Bəşəriyyətə bəxş etdiyi ideyalar

 Meşşanlara yarı ikrah, yarı mərhəmətdən doğan qəribə bir məhəbbət. Təəccüblü dərəcədə dəqiq tapılmış rus tiplərinin bütöv dəstəsi. Qoqol bu günədək aktual olan bir neçə rol modeli yaradıb (bu, “Ölü canlar”ın personajlarının simasında daha aydın nəzərə çarpır).

 Qədim Qoqol-Yankovski zadəgan nəslindən olan Nikolay Vasilyeviç Qoqol 19 mart 1809-cu ildə Malorusiyanın Poltava quberniyasında, Soroçi qәsәbәsindә anadan olub. Ecazkar ikona Müqəddəs Nikolayın şərəfinə uşağa Nikolay adı qoyulur. Ailə rəvayətinə görə, o, Ukraynanın qədim kazak nəslindən idi və getman (keçmişdə Ukraynada kazak qoşunları başçısı – tərcüməçi), Ostap Qoqolun varislərindəndir. Qoqolun atası Malorusiyanın xırda mülkәdarlarından olub xoşxasiyyәt, eyş-işrәt sevәn bir şәxs, anası isә sadәdil, hər sözə inanan, ibadətlə məşğul olan qadın imiş. Qoqolun tәbiәt vә xasiyyətində valideynlərinin bu müxtәlif әxlaq vә әtvarı müşahidә olunardı. Belә ki, Qoqol gah şad vә xürrәm olur, hər kəsi şirin vә dadlı söhbәtlәri ilә valeh edir, gah da adamlardan qaçıb, bir bucağa sığınaraq sonsuz qәm vә әlәmә mübtәla olardı.

 Qoqol on üç yaşına kimi atasının mülkündә dinc vә rahat yaşayır, kәnd әhlinin dolanışığı ilә tanış olur. Burada Qoqol malorusların eyş-işrәtlәrini, çalıb-oynamaqlarını, gözәl nәğmәlәrini, ənənə vә adәtlәrini, әxlaq vә ədəblərini bilavasitә müşahidә edirdi. Sonralar bu müşahidələr yazıçının öz əsərlərində əksini tapır.

 Qoqol 13 yaşına çatanda tәlim üçün Nejin gimnaziyasına yazılır. Burada Qoqol istək vә meylini әdәbiyyata salır, tәlim işlәrinә elə də şövq vә hәvәs göstәrmirdi. 1828-ci ildә gimnaziyanı qurtarıb qulluq etmәk şövqünә düşür vә bu məqsədlә Peterburq şәhәrinә yollanır. Amma burada onun işlәri istədiyi kimi getmir vә ancaq iki ildәn sonra departamentlәrin birindә özü üçün alçaq bir məmurluq xidmәti tapır.

 Qoqol Peterburqda mәşhur Jukovski ilә tanış olur vә onun vasitә vә kömәyi ilә kәnardan özünә bir iş tapıb, maaş sarıdan işini bir az yüngüllәşdirir. 1831-ci ildә isə Puşkin ilә tanış olur vә bu tanışlığın onun həm həyatına, həm də yaradıcılığına böyük təsiri olur. Böyük rus ədibi Qoqolun böyük vә müqtәdir bir әdib olduğunu bildirib bununla onun tәbinә tab vә qәlәminә qüvvәt verir. Tədqiqatçılar qeyd edir ki: “Puşkin ilә yaxın olduqdan sonra Qoqola sanki tәzә bir hәyat verilir: tәbi şahə qalxır. Bu vaxta kimi onun üçün qaranlıqda olan çox sirlәr, pәrdә arxasında olan çox mәnalar açılıb aydınlığa çıxır”.

Təsadüfi deyil ki, Qoqolun yaradıcılığı bu gün rus ədəbiyyatının günəşi hesab olunan Aleksandr Sergeyeviç Puşkinlə birlikdə çəkilir, onun həm rus ədəbiyyatı, həm də dünya ədəbiyyatı tarixində tutduğu yer yüksək qiymətləndirilir.

 

Previous Post

Bütün orqanları kəlləmayallaq yerləşən dahi

Next Post

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bənzər yazılar

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində...

Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15

Xalq artisti Zaur Rzayev vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə onun oğlu məlumat verib. O, bu gün müalicə...

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09

Çexiyanın paytaxtı Praqada yerləşən Lapidarium Qalereyasında dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sonetlər sevginin sinonimləridir” adlı...

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

19 Oktyabr 2026 - 15:08

Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi "44" bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib. Bu barədə Elchi.az-a qurumdan məlumat verilib. Bildirilib...

Next Post

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Son xəbərlər

V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub

V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub

15 Noyabr 2026 - 17:37
Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

15 Noyabr 2026 - 10:10
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

15 Noyabr 2026 - 10:08
Ebolaya yoluxanların sayı 11 mini keçdi

Ebolaya yoluxanların sayı 11 mini keçdi

14 Noyabr 2026 - 18:09
KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

14 Noyabr 2026 - 18:05
İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

14 Noyabr 2026 - 17:13
Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02
Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

14 Noyabr 2026 - 15:40
Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

14 Noyabr 2026 - 15:14
Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52
KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

14 Noyabr 2026 - 13:50
Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

14 Noyabr 2026 - 13:49
Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

14 Noyabr 2026 - 13:34
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

14 Noyabr 2026 - 13:14
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

14 Noyabr 2026 - 13:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.