“Baku Tango Therapy” məktəbinin təsisçisi
və müəllimi Lenay Seideli-Zadə “Tangotoistanbul” beynəlxalq tanqo festivalının rəsmi səfiri seçilib. Bu barədə o, sosial media hesabında paylaşım edib.
Məlumata görə, “Tangotoistanbul” dünyanın müxtəlif ölkələrindən tanınmış tanqo müəllimlərini, musiqiçiləri və rəqqasları bir araya gətirən ən böyük və nüfuzlu tanqo festivallarından biri hesab olunur. Festival hər il tanqo mədəniyyətinin inkişafı və beynəlxalq tanqo icmasının bir araya gəlməsi məqsədilə təşkil edilir.
Səfir seçilən nümayəndə bildirib ki, bu festivalda iştirak hər bir tanqo həvəskarı üçün önəmli təcrübədir və tədbirin abu-havası tanqo mədəniyyətinə olan marağı daha da artırır. O, festivalda iştirak etmək istəyən şəxslərin öz qrupu vasitəsilə qeydiyyatdan keçə biləcəyini və proseslə bağlı məsləhət və məlumat verəcəyini qeyd edib.
Bundan əlavə, qeydiyyatdan keçən iştirakçılar üçün xüsusi promo kod vasitəsilə bonus və endirimlərin təqdim ediləcəyi də bildirilib.
Nümayəndə “Tangotoistanbul” festivalını təmsil etməkdən və tanqo icmasına peşəkar dəstək göstərməkdən məmnunluq duyduğunu vurğulayıb.

Havar Şəfiyeva



















