"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında WUF13-ə həsr olunmuş tədbirlər keçirilib

03 Fevral 2026 - 20:37
in DÜNYA, İQTİSADİYYAT
FacebookVatsap

2026-cı ilin 17-22 may tarixlərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) bir sıra yüksəksəviyyəli beynəlxalq tədbirlərdə təqdim olunub.

Bunu da oxuyun

1700 hektar ərazi külə çevrilmişdi: Fransada yanğın nəzarət altına alınıb

Azərbaycanda külək elektrik stansiyaları istehsalı 20 dəfədən çox artırıb – CƏDVƏL

ABŞ esminesi Cənubi Çin dənizində dörd gün elektriksiz qalıb

Elchi.az xəbər verir ki, 29 yanvar tarixində Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında Polşa və Zimbabve Respublikasının BMT yanında Daimi Nümayəndəliklərinin həmsədrliyi ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) dayanıqlı urbanizasiya və Yeni Şəhərsalma Gündəliyi üzrə Dostlar Qrupunun iclası keçirilib.

Tədbir Yeni Şəhərsalma Gündəliyinin icrasının orta müddətli qiymətləndirilməsinə hazırlıq çərçivəsində təşkil olunub və BMT-yə üzv dövlətlərin nümayəndələrinin geniş iştirakı ilə baş tutub.

İclas Dostlar Qrupunun həmsədrlərinin açılış nitqləri ilə başlayıb. Ardınca BMT Baş katibinin müavini və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax Yeni Şəhərsalma Gündəliyinin icrası üçün əsas fəaliyyət çərçivəsi, öhdəliklər, prioritetlər və hesabatlılıq mexanizmləri barədə təqdimatla çıxış edib. Daha sonra sənədin icrasının qiymətləndirilməsinə dair həmməruzəçilər Malavi və Polşa Respublikasının BMT yanında Daimi Nümayəndələri şəhərsalma sahəsində mövcud çağırışlar və qiymətləndirmə hesabatının hazırlanması prosesi ilə bağlı fikirlərini bölüşüblər.

UN-Habitat-ın Dostlar Qrupu dünyanın bütün regionlarını təmsil edən 50 dövlətin üzv olduğu platformadır və əsas məqsədi şəhərlərin inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı inkişafını təşviq etmək üçün üzv dövlətlər arasında dialoq və əməkdaşlığı gücləndirməkdir.

İclas çərçivəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə bağlı təqdimat edilib, forumun mövzusu, əsas tədbirləri və WUF13-ə hazırlıq prosesi haqda məlumat verilib.

30 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Hökuməti və UN-Habitat-ın birgə təşkilatçılığı ilə WUF13-ə həsr olunmuş diplomatik brifinq keçirilib. Tədbirdə BMT yanında akkreditə olunmuş 100-dən çox daimi nümayəndəliklərin rəhbərləri, müşahidəçilər və diplomatik korpusun üzvləri iştirak ediblər.

Brifinqdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili, Daimi Nümayəndənin müavini Elvin Əşrəfzadə Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində qlobal dialoqa verdiyi töhfələri vurğulayıb və WUF13-ün müasir çağırışlara kollektiv cavabların formalaşdırılması baxımından əhəmiyyətini qeyd edib.

BMT Baş katibinin müavini və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax çıxışında bildirib ki, WUF13 dünyada 3 milyard insanı əhatə edən qlobal mənzil böhranının həlli üçün dialoqu genişləndirmək, tərəfdaşlıqları gücləndirmək və praktik həlləri təşviq etmək baxımından mühüm platformadır. O vurğulayıb ki, WUF13 tədbiri Yeni Şəhərsalma Gündəliyinin icrasına dəstək verərək şəhərlərin inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı inkişafına töhfə verəcək.

Brifinqdə WUF13 Milli Koordinatorunun müavini Gülşən Rzayeva çıxış edərək forumun mövzusu, məqsədləri və foruma hazırlıq prosesləri barədə məlumat verib. O, Azərbaycanın WUF13-də irəli sürdüyü yeni təşəbbüslər, ilk dəfə olaraq ölkə və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün təşkili, interaktiv və nəticəyönümlü formatda Nazirlər görüşünün keçirilməsi, 35,000 kvadratmetr ərazidə təşkil olunacaq “Urban Expo” sərgisindən danışıb.

Brifinq çərçivəsində UN-Habitat-ın Kanada ofisinin rəhbəri Omar Siddique WUF13-ün proqramı, əsas tədbirləri və iştirak imkanları barədə təqdimatla çıxış edib. Tədbir sual-cavab sessiyası ilə davam edib. Türkiyə, Qırğızıstan, Belarus, Pakistan, El Salvador və digər ölkələrin diplomatları WUF13 tədbirinin yüksək səviyyədə təşkil olunacağına Azərbaycana olan inamlarını ifadə ediblər.

 

Previous Post

Mirzoyan Bakı ilə İrəvan arasında sülh gündəliyini Avropa Şurasının rəsmisi ilə müzakirə edib

Next Post

Avtomatik qaralama

Bənzər yazılar

1700 hektar ərazi külə çevrilmişdi: Fransada yanğın nəzarət altına alınıb

1700 hektar ərazi külə çevrilmişdi: Fransada yanğın nəzarət altına alınıb

17 Avqust 2026 - 17:24

Fransanın qərbindəki Landes əyalətində günlərlə davam edən və 1700 hektar ərazini yandıran yanğın nəzarət altına alınıb. Elchi.az xəbər verir ki, Landes prefekturasının...

Azərbaycanda külək elektrik stansiyaları istehsalı 20 dəfədən çox artırıb – CƏDVƏL

Azərbaycanda külək elektrik stansiyaları istehsalı 20 dəfədən çox artırıb – CƏDVƏL

17 Avqust 2026 - 17:11

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 15 172 kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 3% azalma deməkdir. Bu...

ABŞ esminesi Cənubi Çin dənizində dörd gün elektriksiz qalıb

ABŞ esminesi Cənubi Çin dənizində dörd gün elektriksiz qalıb

17 Avqust 2026 - 16:42

​ABŞ Hərbi Dəniz Qüvvələrinin "Benfold" raket esminesi iyul ayında Cənubi Çin dənizində 32-37 dərəcə istidə dörd gün ərzində heyətin normal...

Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb

Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb

17 Avqust 2026 - 16:39

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 23 989,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə...

Next Post

Avtomatik qaralama

Azərbaycan Yüksək Liqası: “Azərreyl” XII turda qələbə qazanıb

Azərbaycan Yüksək Liqası: "Azərreyl" XII turda qələbə qazanıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Trampdan daha bir ölkəyə təhdid! “Bombalayaram”

Trampdan daha bir ölkəyə təhdid! “Bombalayaram”

17 Avqust 2026 - 17:39
Əlilliyi olan 415 şəxsə on mindən çox reabilitasiya vasitəsi təqdim edilib

Əlilliyi olan 415 şəxsə on mindən çox reabilitasiya vasitəsi təqdim edilib

17 Avqust 2026 - 17:25
1700 hektar ərazi külə çevrilmişdi: Fransada yanğın nəzarət altına alınıb

1700 hektar ərazi külə çevrilmişdi: Fransada yanğın nəzarət altına alınıb

17 Avqust 2026 - 17:24
Şagirdlərin elektron yerdəyişməsi başlayır

Şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 17:21
Xəzərlə bağlı İrandakı təşəbbüsə deputatdan sərt reaksiya: “Daha ciddi işlərlə məşğul olsalar…”

Xəzərlə bağlı İrandakı təşəbbüsə deputatdan sərt reaksiya: “Daha ciddi işlərlə məşğul olsalar…”

17 Avqust 2026 - 17:16
Azərbaycanda külək elektrik stansiyaları istehsalı 20 dəfədən çox artırıb – CƏDVƏL

Azərbaycanda külək elektrik stansiyaları istehsalı 20 dəfədən çox artırıb – CƏDVƏL

17 Avqust 2026 - 17:11
“Qarabağ”da ciddi itki: Elvin Cəfərquliyev 2 həftə komandadan kənarda qalacaq

“Qarabağ”da ciddi itki: Elvin Cəfərquliyev 2 həftə komandadan kənarda qalacaq

17 Avqust 2026 - 16:43
ABŞ esminesi Cənubi Çin dənizində dörd gün elektriksiz qalıb

ABŞ esminesi Cənubi Çin dənizində dörd gün elektriksiz qalıb

17 Avqust 2026 - 16:42
Ronaldo karyerasını bitirdikdən sonrakı planlarını açıqladı

Ronaldo karyerasını bitirdikdən sonrakı planlarını açıqladı

17 Avqust 2026 - 16:41
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb

Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb

17 Avqust 2026 - 16:39
Azərbaycanda kimya sənayesi istehsalı üzrə göstəricilər açıqlanıb – CƏDVƏL

Azərbaycanda kimya sənayesi istehsalı üzrə göstəricilər açıqlanıb – CƏDVƏL

17 Avqust 2026 - 16:37
Azərbaycanın pambıq ixracı artıb

Azərbaycanın pambıq ixracı artıb

17 Avqust 2026 - 16:35
Azərbaycanda avtomobil benzininin istehsalı artıb – CƏDVƏL

Azərbaycanda avtomobil benzininin istehsalı artıb – CƏDVƏL

17 Avqust 2026 - 16:33
Azərbaycanın neft-qaz sektorunun əsas göstəriciləri – CƏDVƏL

Azərbaycanın neft-qaz sektorunun əsas göstəriciləri – CƏDVƏL

17 Avqust 2026 - 16:31
Ronaldo karyerasını bitirdikdən sonrakı planlarını açıqladı

Ronaldo karyerasını bitirdikdən sonrakı planlarını açıqladı

17 Avqust 2026 - 16:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.