Madagaskarda baş verən “Fitiya” fırtınası nəticəsində 7 nəfər həlak olub, 54 mindən çox insan zərər çəkib.
Elchi.az xəbər verir ki, bu barədə “2424” portalı Milli Fəlakət Risklərinin İdarə Edilməsi Bürosuna istinadla məlumat yayıb.
Əsasən ölkənin qərb bölgələri – Betsibuka, Sualale və Vakinankaratra, eləcə də mərkəzi bölgələr – Analamanga və Antananarivuda təsirlər müşahidə olunub. Ölkə prezidenti Mikael Randrianirina keçid dövrü üçün zərərçəkənlərə 145 ton pulsuz düyü paylanacağını və elektrik generatorları veriləcəyini elan edib.
Büro tərəfindən verilən məlumatlar ilkin hesab olunur. Fırtınanın keçdiyi ərazilərin yoxlanışı davam edir.
Güclü tropik fırtına “Fitiya” 31 yanvar və 1 fevral tarixlərində Madagaskarın şimal-qərb bölgələrinə çatıb. Küləyin sürəti saatda 210 km-ə çatıb, intensiv yağışlar yağıb. Qiymətləndirmələrə görə, 150 mm-ə qədər yağıntı düşüb ki, bu da çaylarda su səviyyəsinin kəskin qalxmasına, daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
Məryəm




















