Tailandın Suphanburi vilayətində, Don Çedi rayonunda yerləşən fişəng istehsalı fabriki ərazisində partlayış baş verib.
Elchi.az “Bangkok Post”a istinadən xəbər verir ki, partlayış 30 yanvar səhər saatlarında olub.
Hadisə yerinə hüquq-mühafizə orqanları, təcili yardım, partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər və məhkəmə-tibb ekspertləri cəlb olunub, ərazi mühasirəyə alınıb. Partlayış nəticəsində dörd nəfər – bir qadın və üç kişi – xəsarət alıb. Onlardan biri ölüb, qalanları yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Fabrikin bir mərtəbəli binası tamamilə dağılıb, həmçinin yaxınlıqdakı iki tikiliyə də ziyan dəyib. Hazırda mütəxəssislər partlayışın səbəbini araşdırır, müəssisədə lisenziya və təhlükəsizlik qaydalarına əməl olunub-olunmadığını yoxlayırlar. İlkin məlumata görə, fabrikin lisenziyası olub, lakin onun müddəti ötən ilin yanvarında bitib.
Məryəm





















