İspaniyada aparılan araşdırmada “üçlü kombinasiya müalicəsi” tətbiq olunaraq siçanlarda mədəaltı vəzi (pankreas) şişi müalicə edilib.
Elchi.az xəbər verir ki, İspaniya Milli Onkoloji Tədqiqat Mərkəzində (CNIO) həyata keçirilən tədqiqat çərçivəsində alimlər sağ qalma göstəricisi ən aşağı olan xərçəng növlərindən biri sayılan pankreas xərçənginin müalicəsi üçün siçanlar üzərində təcrübələr aparıblar.
Araşdırma nəticəsində “üçlü kombinasiya müalicəsi”nin tətbiqi ilə siçanlarda pankreas şişlərinin məhv edilə bildiyi müəyyən olunub.
Tədqiqatçılar bildiriblər ki, bu iş pankreas duktal adenokarsinoması olan xəstələrin sağ qalma ehtimalını artıra biləcək yeni kombinasiya müalicələrinin hazırlanmasına yol aça bilər. Eyni zamanda, araşdırma yeni klinik sınaqların inkişafı üçün də istiqamət müəyyən edir.
Alimlər diqqətə çatdırıblar ki, təcrübədə istifadə olunan siçanlar verilən dərmanlara qarşı müqavimət göstərməyiblər.
Bununla yanaşı, müalicənin insanlara təsirini müəyyən etmək üçün klinik sınaqların aparılması zəruridir.
Məryəm





















