Böyük Britaniya hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH, elit hərbi birlik) qadağan olunmuş təşkilatlar siyahısına əlavə edəcək qanun layihəsi hazırlayacaq.
Elchi.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Onun sözlərinə görə, qanun layihəsi 2026-cı ildə parlamentə təqdim olunacaq. Qeyd olunur ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi və Mİ6 xarici kəşfiyyat xidməti SEPAH-ın qara siyahıya salınmasını dəstəkləmir.
Onlar qorxurlar ki, belə bir addım Londonla Tehran arasında diplomatik kanalları məhv edəcək və Britaniya diplomatlarının İrandan qovulmasına gətirib çıxaracaq.
Yanvarın 29-da Aİ-nin xarici işlər naziri Kaya Kallas X-də yazıb ki, Aİ xarici işlər nazirləri İİKK-nı terror təşkilatı adlandırmaqla qətiyyətli addım atıblar.
Yeganə





















