"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Gürcüstanda qrantlar haqqında qanuna və Cinayət Məcəlləsinə sərt dəyişikliklər təklif olunur

28 Yanvar 2026 - 20:59
in DÜNYA, CƏMİYYƏT
FacebookVatsap

Gürcüstanda qrantlar haqqında qanuna və Cinayət Məcəlləsinə sərt dəyişikliklər təklif olunur.

Bunu da oxuyun

Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

Parisdə komendant saatı tətbiq edilib

Elchi.az xəbər verir ki, “Gürcü Arzusu” partiyasının sədri İrakli Kirtsxaliya ölkədə iğtişaş və zorakılığın xaricdən maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə qrantlar haqqında qanuna və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklər paketi təqdim edib.

Kirtsxaliyanın sözlərinə görə, son illərdə hökuməti devirməyə yönəlmiş cəhdlərdə xaricdən maliyyələşdirilən QHT-lər və radikal müxalifət fəal iştirak edib və bu səbəbdən mövcud mexanizmlərin daha da sərtləşdirilməsinə ehtiyac var.

Təklif olunan dəyişikliklərə əsasən, Gürcüstanın daxili və ya xarici siyasətinə təsir məqsədi daşıyan bütün maliyyə vəsaitləri, o cümlədən nağd, natura, texniki yardım, xidmət, bilik və ekspert dəstəyi qrant hesab olunacaq və yalnız hökumətin əvvəlcədən razılığı ilə qəbul edilə biləcək. Xaricdə qeydiyyatdan keçmiş, lakin əsas fəaliyyəti Gürcüstanla bağlı olan təşkilatlar da qrant almaq üçün hökumətdən icazə almalı olacaqlar.

Qanun layihəsi qeyri-rezident hüquqi şəxslərin filialları üçün də məhdudiyyətlər nəzərdə tutur. İcazəsiz qrant alan filiallara qanunsuz məbləğin ikiqatı həcmində cərimə tətbiq ediləcək.

Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, qrant qanunvericiliyinin pozulması 6 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Siyasi məqsədlərlə çirkli pulların yuyulması isə 9 ildən 12 ilədək həbs cəzası ilə cəzalandırılacaq. Xarici maliyyə qəbul edən siyasi partiya rəhbərləri və xarici lobbiçilik fəaliyyəti ilə məşğul olan şəxslər də cinayət məsuliyyəti daşıyacaq.

Bundan əlavə, illik gəlirinin 20 faizindən çoxunu xarici mənbələrdən alan təşkilatlarda çalışan şəxslərin 8 il müddətinə siyasi partiya üzvü olması qadağan edilir. Siyasi partiyaların maliyyə fəaliyyətinə nəzarət isə Dövlət Audit İdarəsinə həvalə olunacaq.

Qanun layihəsi sahibkarlıq subyektlərinin əsas fəaliyyətindən kənar ictimai-siyasi fəaliyyətini də məhdudlaşdırır. Bu qaydanın pozulması halında cərimə nəzərdə tutulur.

Previous Post

Litva Rusiya və Belarusa qarşı sanksiyaların müddətini 2027-ci ilin sonunadək uzadıb

Next Post

Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif edib

Bənzər yazılar

Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

30 Oktyabr 2026 - 18:38

Almaniyada oktyabrın 31-də kütləvi gənclər etirazları keçiriləcək. Aksiyalar ölkənin 30-a yaxın şəhərində, o cümlədən Berlin, Hamburq, Köln, Frankfurt və Münhendə...

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

30 Oktyabr 2026 - 18:26

Meyvə və tərəvəzlərin qabıqları, gövdələri və toxumları əksər hallarda məişət tullantısı kimi atılır. Lakin yeni elmi araşdırma göstərib ki, bu...

Parisdə komendant saatı tətbiq edilib

Parisdə komendant saatı tətbiq edilib

30 Oktyabr 2026 - 18:00

Paris Polis Prefekturası istirahət günlərinə planlaşdırılan kütləvi etiraz aksiyaları ilə əlaqədar Fransa paytaxtının iki rayonunda yenidən komendant saatı tətbiq edir....

ABŞ Salvadora hərbi yardım göstərməkdən imtina edib

ABŞ Salvadora hərbi yardım göstərməkdən imtina edib

30 Oktyabr 2026 - 17:26

Birləşmiş Ştatlar Salvadora Haitidə hərbçilərin xilasedilməsi əməliyyatının keçirilməsi üçün hərbi yardım göstərməkdən imtina edib. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post
Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif edib

Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif edib

Marneulidə toy kortejində qəza baş verib, iki azərbaycanlı həlak olub

Marneulidə toy kortejində qəza baş verib, iki azərbaycanlı həlak olub

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

30 Oktyabr 2026 - 19:28
İspaniya millisi Bakıda dünya çempionu oldu

İspaniya millisi Bakıda dünya çempionu oldu

30 Oktyabr 2026 - 19:20
“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

30 Oktyabr 2026 - 19:11
Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

30 Oktyabr 2026 - 18:59
Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

30 Oktyabr 2026 - 18:45
Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

30 Oktyabr 2026 - 18:38
Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

30 Oktyabr 2026 - 18:26
Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

30 Oktyabr 2026 - 18:18
Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb

30 Oktyabr 2026 - 18:11
Parisdə komendant saatı tətbiq edilib

Parisdə komendant saatı tətbiq edilib

30 Oktyabr 2026 - 18:00
Milli Məclisin 3 noyabrda keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin 3 noyabrda keçiriləcək iclasının gündəliyi açıqlanıb

30 Oktyabr 2026 - 17:48
Ərdoğan Ceyhun Bayramovla görüşdü

Ərdoğan Ceyhun Bayramovla görüşdü

30 Oktyabr 2026 - 17:35
ABŞ Salvadora hərbi yardım göstərməkdən imtina edib

ABŞ Salvadora hərbi yardım göstərməkdən imtina edib

30 Oktyabr 2026 - 17:26
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

30 Oktyabr 2026 - 17:14
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib

30 Oktyabr 2026 - 17:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.