ABŞ prezidenti Donald Tramp bildirib ki, “Abraham Lincoln” aviadaşıyıcısının rəhbərlik etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmi qrupu Venesuela ilə bağlı vəziyyətdə olduğu kimi, İrana qarşı da əməliyyat keçirməyə hazırdır.
Elchi.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” şəbəkəsində yazıb.
“Bu, Venesuelaya göndərilən donanmadan daha böyük donanmadır və ona möhtəşəm “Abraham Lincoln” aviadaşıyıcısı rəhbərlik edir. Venesuela məsələsində olduğu kimi, bu donanma da zərurət yaranarsa, güc tətbiq etməklə belə, öz missiyasını tez bir zamanda yerinə yetirməyə hazırdır, istəyir və buna qadirdir”, — deyib.
Məryəm





















