Meksikada naməlum silahlı şəxslər Quanaxuato ştatının Salamanca şəhərində futbol matçından sonra meydanda olan insanlara atəş açıblar.
Elchi.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Şəhər meri Sezar Prieto bildirib ki, hücumçular matçın sonunda hadisə yerinə gəliblər. Nəticədə 11 nəfər həyatını itirib. Yaralananlar arasında bir qadın və bir azyaşlı da var.
Prieto baş verənləri ölkədəki “cinayət dalğasının” tərkib hissəsi adlandırıb və prezident Klaudiya Şeynbaumdan zorakılığa qarşı mübarizədə kömək istəyib. Ştat prokurorluğu hadisə ilə bağlı istintaqa başlayıb və federal qurumlarla koordinasiya aparır.
Məryəm





















