İlkin məlumatlara görə, Filippinin Mindanao sahillərində 359 nəfəri daşıyan bərə batması nəticəsində 8 nəfər ölüb.
Elchi.az xəbər verir ki, milli medianın məlumatına görə, Mindanaodakı Zamboagna limanından Sulu adasına gedən “M/V Trisha Kerstin 3” bərə texniki nasazlıq səbəbindən Pilas adası sahillərində batıb.
Pilas adasının aid olduğu Basilan əyalətinin meri Arsina Laja Kahing-Nanoh sosial media hesabında ilkin məlumatlara görə, 332 sərnişin və 27 heyət üzvü olmaqla ümumilikdə 359 nəfəri daşıyan bərə batması nəticəsində 8 nəfərin həyatını itirdiyini açıqlayıb.
Filippin Sahil Mühafizəsi axtarış-xilasetmə əməliyyatlarının əlaqələndirildiyini və indiyə qədər 138 nəfərin xilas edildiyini açıqlayıb.
116 milyon əhalisi olan arxipelaq milləti olan Filippin keçmişdə çoxsaylı insan tələfatı ilə nəticələnən bərə qəzaları ilə üzləşib. 2023-cü ildə ölkənin cənubunda bir bərədə baş verən yanğın nəticəsində 30-dan çox insan həlak olmuşdu.
Şayəstə





















