ABŞ prezidenti Donald Tramp deyib ki, Vaşinqton Qrenlandiya ilə bağlı istədiklərini edə bilər.
Elchi.az xəbər verir ki, bu barədə “CNN”məlumat yayıb.
Gələcək Qrenlandiya sazişinin ABŞ-a Arktikadakı ərazilərə nəzarət etməyə imkan verəcəkmi sualına Tramp deyib ki, Birləşmiş Ştatlar istədiyini edə bilər.
Razılaşmanın Amerika suverenliyinin yeni sahələrini əhatə edib-etməməsi ilə bağlı suala o, sövdələşmədə çox gözəl şeylərin olduğunu deyərək yayındı.
Tramp həmçinin bildirib ki, o, bu gün Venesuela müxalifətinin lideri Maria Corina Machado ilə danışıb, baxmayaraq ki, o, ölkənin müvəqqəti prezidentinə dəstəyini ifadə etməyə davam edir. O, Maçadonun ölkəyə rəhbərlik etmək üçün kifayət qədər dəstəyə malik olmadığına inandığını bildirib.
Yeganə





















