Ceyms Uebb Kosmik Teleskopu (JWST) tərəfindən müşahidə edilən və “isti Yupiter” sinfinə aid olan WASP-121b ekzoplanetinin atmosferini kosmosa sızdırdığı və nəhəng helium quyruqları buraxdığı aşkar edilib.
Elchi.az xəbər verir ki, Cenevrə və Monreal universitetlərinin astronomları tərəfindən edilən bu kəşf, planetin orbiti boyunca davamlı olaraq izlənilən atmosfer itkisinin ən əhatəli tədqiqatı kimi qeydə alınıb.
Kosmosda 600.000 kilometrlik helium İzi
WASP-121b ulduzuna o qədər yaxındır ki, cəmi 30 saatda bir orbitini tamamlayır. Ulduzundan gələn güclü radiasiya planetin atmosferini minlərlə dərəcəyə qədər qızdırır. Bu həddindən artıq istiliyə görə hidrogen və helium kimi yüngül elementlər planetin cazibə qüvvəsindən qaçaraq kosmosa səpələnir.
Ceyms Uebbin həssas cihazları sayəsində sızan qazın planetin ətrafında yalnız bir quyruq deyil, həm də orbitinin yarısından çoxunu (60%) əhatə edən iki nəhəng axın əmələ gətirdiyi görülüb.
Şayəstə





















