"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Vüqar Rəhimzadə: Azad Qarabağımız və Şərqi Zəngəzurumuz mərhələ-mərhələ doğma sakinlərinə qovuşur

16 Yanvar 2026 - 16:23
in SİYASƏT
FacebookVatsap

Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasıdır. Bu gün, eyni zamanda, böyük qürurla və əminliklə qeyd edirik ki, işğaldan azad olunmuş ərazilərimiz beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul edilir. Təbii ki, bu mühüm hadisə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu və güclənən mövqeyini nümayiş etdirməklə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin , burada yaradılan şəraitin təqdimatıdır. Bunun üçün təkcə ötən il bu torpaqlarda keçirilən tədbirlərə diqqət yetirmək kifayətdir. Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü keçirildi. Tədbir iştirakçılarına “Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!”, – deyə müraciət edən Prezident İlham Əliyev onu da bildirdi ki, bugünkü Zirvə Görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir təşkil olunub. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasının 27-ci iclası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə Görüşü keçirildi. Ötən il Xankəndi şəhərində Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumu, Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə Görüşü keçirildi. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda hazırda aparılan  genişmiqyaslı bərpa-quruculuq işləri  beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsinə geniş imkanlar yaradır. Mövcud  infrastruktur, konfrans zalları, hotellər və digər lazım olan amillər bu imkanı  yaradır.  Bu torpaqlarda müasir idarəçilik sisteminin tətbiqi, müasir çağırışları özündə ehtiva edən quruculuq, müasir şəhərsalma nümunələri beynəlxalq ictimaiyyətin diqqətindədir və təqdir edilir.

Bunu da oxuyun

Azərbaycan Danimarkanı təbrik etdi

Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib

Prezident İlham Əliyev Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb – YENİLƏNİB

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər bir səfəri  yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu günlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdərə rayonuna səfəri də bu baxımdan diqqət mərkəzindədir. Qeyd edək ki, Ağdərə rayonu 2023-cü ilin 19-20 sentyabr tarixlərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində işğaldan azad edilib. Dövlətimizin başçısı  bu müjdəni 20 sentyabr 2023-cü ildə Azərbaycan xalqına çatdırarkən belə bir əminliyi ifadə etmişdi ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çeviririk.  Hər gələn insan onu görür. Eyni şəraiti  Xankəndidə, Xocalıda,  Ağdərədə, Xocavənddə, Əsgəranda, kəndlərdə yaradacağıq.

İşğaldan azad edilmiş torpaqlarımızda qısa zamanda görülən işlərin miqyası ölçüyəgəlməzdir. Bugünədək 7 şəhərin, 2 qəsəbənin, 20-dən artıq kəndin sakinlərinə qovuşması həyata keçirilən bərpa-quruculuq işlərinin təqdimatıdır. Bu torpaqlarda soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri imkanlar yaradılıb.  Ən əsası özünüməşğulluq təmin edilir. Bu torpaqlarda yaradılan yeni sənaye müəssisələri məşğulluq məsələsinin həllində əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev Ağdərə rayonuna səfəri zamanı Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə  tanış oldu. Qeyd edək ki, bu layihənin icrası Azərbaycanda qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması, ölkəmizin ixrac qabiliyyətinin artması, işğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların səmərəli və qanuni istifadəsinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, özəl investisiyaların cəlbi regionda sənaye və dağ-mədən sahəsinin müasirləşdirilməsinə, şaxələndirilməsinə, iqtisadi fəallığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına da mühüm töhfə verir. İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın dəstəklənməsi istiqamətində Azərbaycan dövləti tərəfindən çox vacib qərarlar qəbul olunub. Həmin ərazilərimizdə dayanıqlı məskunlaşmanın, özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların cəlbi və əlverişli biznes mühitinin formalaşdırılması əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirilib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin Ağdərə səfəri həyata keçirilən infrastruktur layihələrinin tərkib hissəsi kimi rayonun Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyasının  açılışı ilə də yadda qaldı. Təbii ki, bütün regionlarımız kimi, işğaldan azad edilmiş ərazilərimizin enerji  təminatı da prioritet məsələlərdəndir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə  bu günlərdə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nda da əsas hədəflər sırasında qarşıdakı dövrdə  Qarabağda və Şərqi Zəngəzurda  görüləcək işlər də öz əksini tapıb.  Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş “Qozlukörpü” Su Elektrik Stansiyası 14,7 meqavat gücündədir. Sərt relyef, iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesi digər bölgələrlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, layihə qısa müddətdə uğurla icra olunub. Burada il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Vüqar Rəhimzadə qeyd edib ki, səfər zamanı dövlət başçısı İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış oldu. Əvvəldə də qeyd olunduğu kimi,  azad edilmiş bütün ərazilərimiz Baş plan əsasında  bərpa edilir. Ağdərə şəhərinin Baş planına əsasən şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq. 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır. Baş planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və azsıxlıqlı yaşayış sahələri, çoxfunksiyalı və ictimai-işgüzar zonalar daxildir. Birinci mərhələdə sahəsi 104 hektar olan şəhər mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutulur. 2030-cu ilədək şəhərdə 3590 nəfərin məskunlaşması mümkün olacaq.

Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri doğma yurda qayıdan sakinlərlə keçirilən görüşü ilə də tarixə yazılır. Prezident İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşmədən öncə bu kəndlərdə görülən işlərlərlə tanış oldu. Bu kəndlər də 2023-cü ildə həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində işğaldan azad ediliblər. Qısa müddətdə bu kəndlərdə də böyük işlər görülüb. Artıq bu kəndlərə qayıdan sakinlər üçün bütün zəruri şərait yaradılıb. Prezident İlham Əliyev sakinlərlə görüşündə Ağdərə rayonunun 9 kəndinə artıq keçmiş məcburi köçkünlərin qayıtdığını önə çəkərək  onu da bildirdi ki, ümumilikdə azad edilmiş ərazilərimizdə bu gün artıq   73 min insan – həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər. Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır. O da vurğulandı ki, son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq.

Vüqar Rəhimzadə bildirib ki, cənnətə çevrilən Qarabağımız, Şərqi Zəngəzurumuz mərhələ-mərhələ sakinlərinə qovuşmaqla yeni həyata başlayır. Bu torpaqlar çal-çağırlı günlərini yaşayır. Bu torpaqların  iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətində olması tarixi Zəfərimizin yaratdığı reallıqların beynəlxalq aləmdə qəbulunun və təsdiqinin göstəricisidir. Prezident İlham Əliyevin Ağdərə sakinləri ilə görüşündə  səsləndirdiyi “Hələ çox görüşəcəyik” çağırışı da özündə mühüm məqamları ehtiva edir. Bu torpaqların  sahibi bizik və burada əbədi olacağıq.

Previous Post

Assosiasiya sədri: Bələdiyyələri “qəbir yeri satan” kimi təqdim edirlər

Next Post

Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans başa çatıb

Bənzər yazılar

Azərbaycan Danimarkanı təbrik etdi

Azərbaycan Danimarkanı təbrik etdi

05 İyun 2026 - 13:13

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Danimarkanı milli bayramı münasibətilə təbrik edib. Elchi.az bildirir ki, bununla bağlı nazirliyin “X” sosial şəbəkəsindəki...

Nümayəndə heyətlərinin xaricə səfərləri Prezidentlə razılaşdırılacaq

Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib

05 İyun 2026 - 12:29

Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair beş əsas milli prioritetdən biri kimi...

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərin sayını artırıldı

Prezident İlham Əliyev Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb – YENİLƏNİB

05 İyun 2026 - 12:23

Prezident İlham Əliyev 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb. Elchi.az xəbər verir ki, müraciətə deyilir: "Hörmətli...

Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir

Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir

05 İyun 2026 - 12:00

Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir. Elchi.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında...

Next Post
Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans başa çatıb

Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans başa çatıb

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Bunu edənlər 7000 manatadək cərimə OLUNACAQ

Bunu edənlər 7000 manatadək cərimə OLUNACAQ

05 İyun 2026 - 14:18
Sürücülərə şad xəbər: Cərimə balı limiti ikiqat artırıla bilər

Sürücülərə şad xəbər: Cərimə balı limiti ikiqat artırıla bilər

05 İyun 2026 - 14:09
“Lazım gələrsə, KTMT-dən çıxacağıq” – Paşinyan

“Lazım gələrsə, KTMT-dən çıxacağıq” – Paşinyan

05 İyun 2026 - 14:00
Geologiya İnstitutuna direktor müavini təyin edilib

Geologiya İnstitutuna direktor müavini təyin edilib

05 İyun 2026 - 13:48
Gəmilər vuruldu, 5 azərbaycanlı öldü – Rəsmi açıqlama

Gəmilər vuruldu, 5 azərbaycanlı öldü – Rəsmi açıqlama

05 İyun 2026 - 13:41
Bu şəxslər MÜKAFATLANDIRILACAQ

Bu şəxslər MÜKAFATLANDIRILACAQ

05 İyun 2026 - 13:39
Prezidentdən Ətraf Mühit Günü ilə bağlı paylaşım

Prezidentdən Ətraf Mühit Günü ilə bağlı paylaşım

05 İyun 2026 - 13:38
Hansı ixtisas qrupunda iştirakçı daha çoxdur?

Hansı ixtisas qrupunda iştirakçı daha çoxdur?

05 İyun 2026 - 13:28
Azərbaycan Danimarkanı təbrik etdi

Azərbaycan Danimarkanı təbrik etdi

05 İyun 2026 - 13:13
“Livanda sülh olsa, çox gözəl olardı” – Tramp

“Livanda sülh olsa, çox gözəl olardı” – Tramp

05 İyun 2026 - 13:00
Naxçıvanla bağlı vacib yenilik

Naxçıvanla bağlı vacib yenilik

05 İyun 2026 - 12:45
Nümayəndə heyətlərinin xaricə səfərləri Prezidentlə razılaşdırılacaq

Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib

05 İyun 2026 - 12:29
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərin sayını artırıldı

Prezident İlham Əliyev Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb – YENİLƏNİB

05 İyun 2026 - 12:23
Quterreş 1,5°C-dən çox temperatur həddinin aşılması ilə bağlı xəbərdarlıq edib

Quterreş 1,5°C-dən çox temperatur həddinin aşılması ilə bağlı xəbərdarlıq edib

05 İyun 2026 - 12:18
Nazir: Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır

Nazir: Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır

05 İyun 2026 - 12:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.