Tufts Universitetinin alimləri süfrə şəkəri ilə demək olar ki, eyni dada malik, lakin sağlamlığa daha az mənfi təsir göstərən nadir bir şəkər istehsal etmək üçün yeni bir üsul hazırlayıblar.
Elchi.az xəbər verir ki, “Taqatoza” adlanan bu tatlandırıcı, aşağı kalorili tərkibi, qan şəkərinə minimal təsiri və ağız və bağırsaq sağlamlığı üçün potensial faydaları səbəbindən şəkər axtarışında dönüş nöqtəsi ola bilər.
Taqatoza nədir və harada tapılır?
Taqatoza, süd məhsullarında (qızdırma və ya fermentativ emal zamanı) və alma, ananas və portağal kimi meyvələrdə təbii olaraq rast gəlinən, lakin təbiətdə çox nadir olan bir şəkər növüdür.
Meyvələrdəki ümumi şəkər tərkibinin yalnız 0,2 faizini təşkil etdiyi üçün onu birbaşa çıxarmaq olduqca çətindir. İndiyə qədər onun istehsalı həm səmərəsiz, həm də çox baha başa gəlib. Tufts Universitetinin tədqiqatçıları bu maddə üçün biosintetik həll hazırlayıblar.
Şayəstə





















