Danimarka Müdafiə naziri Troels Lund Poulsen və Qrenlandiyanın Xarici İşlər naziri Viviane Motzfeldt ABŞ-ın adanı ələ keçirmək təhdidləri ilə bağlı NATO-nun baş katibi Mark Rutte ilə birgə görüş keçirəcəklər. Görüş yanvarın 19-da baş tutacaq.
Elchi.az xəbər verir ki, bu barədə Danimarkanın “TV2” telekanalı məlumat yayıb.
Nəşr bildirib ki, “Poulsen gələn bazar ertəsi NATO-nun baş katibi Mark Rutte ilə görüşəcək. Qrenlandiyanın xarici işlər naziri Viviane Motzfeldt də iştirak edəcək”.
Telekanalın məlumatına görə, Poulsen Rutteni blokun Qrenlandiya sərhədlərində hərbi mövcudluğunu artırmağa çağıracaq. O, həmçinin qoşunların orada daimi olaraq yerləşdirilməsinin tərəfdarıdır.
DR telekanalı danışıqların Brüsseldə keçiriləcəyini dəqiqləşdirib.
Məryəm




















