İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran hakimiyyəti ölkədəki etirazları nəzarət altına alıb.
Elchi.az xəbər verir ki, “Vəziyyət nəzarət altındadır” deyən nazir xarici səfirlərlə görüşdəki çıxışından bir parça İran televiziyası tərəfindən dərc olunub.
İranda etirazlar 2025-ci il dekabrın sonlarında yerli valyuta olan İran rialının devalvasiyası ilə bağlı başlayıb. Etirazların əsas diqqət mərkəzində ilkin olaraq məzənnənin kəskin dəyişməsi və onların topdan və pərakəndə satış qiymətlərinə təsiri olub.
Yeganə





















