Danimarkanın baş naziri Mette Frederiksen “TV2” telekanalına müsahibəsində bildirib ki, ABŞ Qrenlandiyaya iddiasını davam etdirsə, bu, NATO-nun dağılmasına səbəb olacaq.
Elchi.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Danimarka baş nazirinin sözlərinə görə, Donald Trampın adaya iddialarını davam etdirməsi NATO-nun parçalanmasına səbəb olacaq: “Əgər ABŞ başqa bir NATO ölkəsinə qarşı hərbi güc tətbiq etmək qərarına gəlsə, o zaman hər şey dayanacaq”.
Bununla Baş nazir İkinci Dünya Müharibəsinin bitməsindən sonra NATO-nun regionda təhlükəsizliyin təmin edilməsi üçün bütün səylərini nəzərdə tutur.
Bundan əvvəl Mette Frederiksen ABŞ prezidenti Donald Trampa müraciət edərək, Danimarkanın ələ keçirilməsi ilə bağlı söhbətlərin mənasız olduğunu bəyan edib və ondan tarixi yaxın müttəfiqə qarşı təhdidləri dayandırmağı tələb edib.
Yeganə





















