“Səudiyyə Ərəbistanı sonda İsraillə münasibətləri normallaşdırmaq üçün İbrahim razılaşmalarına qoşulacaq”.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə ikitərəfli görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Amerika lideri qeyd edib ki, sazişlərin iştirakçılarının dairəsinin genişləndirilməsi prosesi çox sürətlə gedəcək: “Səudiyyə Ərəbistanı çox yaxşı olub. Anladığım qədər, onlar İsraillə anlaşmaq üçün bizim onlardan tələb edə biləcəyimiz hər şeyi ediblər”, – Tramp deyib.
ABŞ prezidenti Ər-Riyadın yəhudi dövləti ilə münasibətlərini rəsmiləşdirəcəyinə əminliyini ifadə edib: “Onlar birləşəcəklər və nə vaxtsa İbrahim Sazişlərini imzalayacaqlar”.
Yeganə





















