"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub – YENİLƏNİB

29 Dekabr 2025 - 18:20
in SİYASƏT
FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 29-da “Bakı Ağ Şəhər”də olublar.

Bunu da oxuyun

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Elchi.az xəbər verir ki, “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına və birinci xanıma burada icra olunmuş və hazırda həyata keçirilən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları əvvəlcə “Qarabağ atları” heykəltaraşlıq kompleksi ilə tanış oldular. Vətən müharibəsindəki Qələbəmizə həsr edilmiş və milli irsimizin rəmzi olan bu kompleks “Qarabağ atları” meydanında ucaldılıb. Kompleksdə “Soltan”, “Ürək”, “Sereyin”, “Aypara”, “Şöhrət”, “Ötqəm” və “İldırım” adlı ümumilikdə 7 Qarabağ atının heykəli var.

Bu kompleksin təməlini 2022-ci ilin dekabrında Prezident İlham Əliyev qoyub. Kompozisiya amerikalı heykəltaraş Robert Sammers tərəfindən yaradılıb. Onun Dallas şəhərində “Mal-qara sürülməsi”, Kaliforniya hava limanında “Con Ueyn” və digər əsərləri dünyaca məşhurdur.

Sonra dövlətimizin başçısı, birinci xanım və qızları “Bakı Ağ Şəhər”də Babək kvartalında həyata keçirilən işlərlə tanış oldular. Hazırda bu layihənin icrası istiqamətində işlər uğurla davam edir. Ərazisi 31 hektar olan kvartalda yeni park, məktəb binası, metronun bənövşəyi xəttində yeni stansiya, sərnişinlərin rahat hərəkəti üçün böyük nəqliyyat qovşağı, həmçinin çoxfunksiyalı qeyri-yaşayış, ictimai və yaşayış binalarının inşası planlaşdırılır. Ərazidə kafelər, uşaq oyun meydançası və digər sosial infrastruktur yaradılacaq. Bundan başqa, yaxınlıqda 2, 3, 6, 8 və 20 mərtəbəli binalar tikiləcək.

Kvartal Bakının mühüm nəqliyyat arteriyası olan Babək prospekti, “Ağ Şəhər” çərçivəsində salınmış, üç böyük prospektlə kəsişən, eni 45 metr olan Xaqani Rüstəmov küçəsi ilə əhatə olunub. Kvartalın cənub hissəsində yerləşən, metronun “Xətai” stansiyasından keçən Süleyman Vəzirov küçəsi də Babək prospekti ilə birləşir. Bu küçədəki dairədən Babək prospektinə qədər eni 34 metr, uzunluğu isə 1 kilometrdən çox olan dördzolaqlı yol yenidən qurulub. Hazırda Süleyman Vəzirov küçəsini Babək prospekti ilə birləşdirən, eni 32 metr olan iki əlavə yol qovşağının tikintisi üzrə işlər davam etdirilir. Bu küçə boyunca piyadaların rahat hərəkəti üçün eni 7 metr olan geniş səkilər salınıb, ağac və gül kolları əkilib, yerüstü piyada keçidləri, elektrik avtomobilləri üçün enerjidoldurma məntəqəsi, yanacaqdoldurma məntəqəsi və digər zəruri infrastruktur yaradılıb. Avtomobillərin rahat hərəkəti və sıxlığın qarşısının alınması üçün zəruri yerlərdə dönmə və geriyə çevrilmə zolaqları nəzərdə tutulub. Layihə çərçivəsində məktəbin qarşısında piyadaların parka və Bakı Avropa Liseyinə rahat hərəkətini təmin etmək məqsədilə piyada körpüsü quraşdırılıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Palıd meydanı parkında ilk palıd ağacını əkdilər.

Qeyd edək ki, parkda çox sayda palıd, çinar, zeytun, ağcaqayın, maqnoliya, palma və digər mövsümi ağacların əkilməsi planlaşdırılır.

Dövlətimizin başçısı, birinci xanım və qızları “Bakı Ağ Şəhər”də Zaman meydanı və buradakı piyada körpüsünün açılışında da iştirak etdilər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülmüş işlər barədə məlumat verdi.

Uzunluğu 234, eni isə 7-13 metr arasında dəyişən körpü “Bakı Ağ Şəhər”də piyadaların rahatlığının təmin edilməsində mühüm rol oynayacaq. Piyadalar onun vasitəsilə 8 Noyabr prospektində yerləşən Zaman meydanına, Babək prospektindən Mərkəzi Park rayonuna, Fəvvarələr meydanından isə Ağ Şəhər Bulvarına rahat gedə biləcəklər. Körpüdə quraşdırılan eskalator və liftlər metronun yeni “Ağ Şəhər” stansiyasına keçidi təmin edəcək.

8 Noyabr küçəsində yerləşən və 8 min kvadratmetrə yaxın ərazini əhatə edən Zaman meydanı gözəl landşaft və fəvvarələr kompleksi ilə əhatə olunub. Bura incəsənət və mədəniyyət həvəskarlarının məkanına çevrilib. Belə ki, meydanda bir çox yerli və xarici məşhur sənətkarların əsərləri nümayiş olunur. Meydan dünyada məşhur rəssam Konstantin Krik tərəfindən məhz “Bakı Ağ Şəhər” layihəsi üçün hazırlanmış 7 saatdan ibarət “Seven Public Clocks” kompozisiyası ilə bəzədilib. Konstantin Krikin 1999-cu ildə yaratdığı “Six Public Clocks” adlı eyni sənət instalyasiyası hazırda Londonda yerləşir və məşhur rəmzlərdən birinə çevrilib.

Meydanda yerləşən Cozef Klibanskinin “Buludların üstündə” adlı bürünc kompozisiyası da maraqla qarşılanır. Ağ Şəhərin mərkəzi yollarından biri olan Bulvar küçəsində müasir britaniyalı heykəltaraş Saymon Qadcenin “Nur axtarışında” heykəli də quraşdırılıb. Bu heykəl dünyanın müxtəlif ictimai yerlərində, o cümlədən Londondakı “Riverside Walk Garden” və “Hyde Park” komplekslərində qoyulub. Saymon Qadcenin xüsusi olaraq “Bakı Ağ Şəhər” üçün hazırladığı “Flaminqo” əsəri də tezliklə buradakı Dağdağan parkını bəzəyəcək.

Qeyd edək ki, bu ərazi 150 ildən çox neft sənayesi tullantıları ilə həddindən artıq çirkləndiyi və burada çoxsaylı neft gölməçələri yarandığı üçün bir vaxtlar “Qaraşəhər” kimi tanınırdı. Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu ərazi dünya miqyasında nadir ekoloji layihəyə, müasir yaşayış massivinə çevrilib. “Bakı Ağ Şəhər” layihəsi dünyada müasir şəhərsalma konsepsiyanın ən parlaq nümunələrindən biridir. Layihənin icrasına Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2011-ci il dekabrın 24-də başlanılıb. Layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və “ağıllı şəhər” prinsipləri əsasında işlənib hazırlanıb. Yaşayış binalarının əksəriyyəti MDB ölkələri arasında ilk dəfə olaraq BREEAM – beynəlxalq ekoloji sertifikatlaşdırma standartına və CRREM – karbon risklərinin qiymətləndirilməsi tələblərinə uyğun layihələndirilib. Geniş daxili küçələri, yaşıllıq sahələri, müasir beynəlxalq heykəltaraşlıq əsərləri ilə bəzədilmiş və şəhərsalmanın son yenilikləri nəzərə alınmaqla layihələndirilmiş “Bakı Ağ Şəhər” paytaxtın iş, yaşayış və istirahət üçün ən müasir məkanına çevrilir.

Bütün dünyanın diqqət mərkəzində olan COP29-un mənzil-qərargahının məhz “Bakı Ağ Şəhər”də olması da rəmzi məna daşıyırdı. Bu, beynəlxalq iqlim gündəliyinə mühüm töhfələr verən Azərbaycanda ekoloji, o cümlədən yaşıllaşdırma məsələlərinin həlli ilə bağlı görülən işlərin nümayişi baxımından da mühüm əhəmiyyət daşıyırdı.

***

12:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 29-da “Bakı Ağ Şəhər”də olublar.

Dövlət başçısı, birinci xanım və qızları burada “Qarabağ atları” heykəltəraşlıq kompleksi, həmçinin Babək kvartalında həyata keçirilən işlər ilə tanış olub, Palıd meydanı parkında ilk palıd ağaclarını əkib, “Zaman” meydanının və buradakı piyada körpüsünün açılışında iştirak ediblər.

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub - YENİLƏNİB
Previous Post

Beyons milyarder statusu qazanıb

Next Post

Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib

Bənzər yazılar

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

12 Sentyabr 2026 - 10:54

Çin Xalq Respublikasının sədri Si Cinpin BRİKS liderlərinin 18-ci sammitində iştirak etmək üçün Hindistana gedib. Elchi.az xarici KİV-ə istinadla xəbər...

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

12 Sentyabr 2026 - 10:17

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici...

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

11 Sentyabr 2026 - 23:24

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya ilə İraqda sülh və siyasi sabitliyin təmin olunmasının regionda iqtisadi inkişafı sürətləndirəcəyini bildirib....

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

11 Sentyabr 2026 - 21:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib.E "Haber Global"a istinadən xəbər verir ki, bu barədə...

Next Post
Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib

Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib

Umerov: Zelenski ilə Tramp arasında yeni görüş planlaşdırılır

Umerov: Zelenski ilə Tramp arasında yeni görüş planlaşdırılır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Şirvanda oğurluq edən şəxs saxlanılıb

Şirvanda oğurluq edən şəxs saxlanılıb

12 Sentyabr 2026 - 12:48
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25
İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

12 Sentyabr 2026 - 11:46
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb

Azəbaycan neftinin qiyməti 120 dolları ötüb

12 Sentyabr 2026 - 11:21
Bakı-Qazax yolunda “Mercedes Vito” “Kamaz”a çırpıldı, ölən var

Bakı-Qazax yolunda “Mercedes Vito” “Kamaz”a çırpıldı, ölən var

12 Sentyabr 2026 - 11:05
Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

12 Sentyabr 2026 - 10:54
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada təlim keçirib – FOTO-VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada təlim keçirib – FOTO-VİDEO

12 Sentyabr 2026 - 10:30
Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

12 Sentyabr 2026 - 10:20
Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

12 Sentyabr 2026 - 10:17
Nyu-York birjasında təbii qazın qiyməti azalıb

Nyu-York birjasında təbii qazın qiyməti azalıb

12 Sentyabr 2026 - 10:04
Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

11 Sentyabr 2026 - 23:26
Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

11 Sentyabr 2026 - 23:24
Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

11 Sentyabr 2026 - 23:22
Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

11 Sentyabr 2026 - 23:20
Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

11 Sentyabr 2026 - 21:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.