“NATO-ya üzv ölkələrin müdafiə xərclərini 2035-ci ilə qədər ÜDM-in 5 faizinə çatdırmaq ABŞ Prezidenti Donald Trampın xarici siyasətdə əldə etdiyi əsas nailiyyətlərdən biridir”.
Elchi.az xəbər verir ki, bu sözləri, NATO-nun baş katibi Mark Rutte söyləyib.
“Mən inanıram ki, bu, prezident Trampın bu günə qədərki ən böyük xarici siyasət nailiyyətlərindən biri olaraq qalır”,-Rutte qeyd edib.
Siyasətçi daha əvvəl bildirmişdi ki, avropalılar babalarının və ulu babalarının yaşadıqları müharibəyə bənzər müharibəyə hazırlaşmalıdırlar. O, həmçinin alyans ölkələrini müdafiəyə daha çox xərcləməyə çağırıb.
İyunun 25-də NATO liderləri 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in beş faizinə çatdırmaq barədə razılığa gəliblər.Rusiyanın xarici işlər naziri Sergey Lavrov alyansın qərarını şərh edərək, NATO-nun müdafiə xərclərinin artırılmasının Rusiyanın təhlükəsizliyinə ciddi təsir etməyəcəyini qeyd edib.
Yeganə





















