"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Sərhədlər açılmalıdır” – Qüdrət Həsənquliyev

25 Dekabr 2025 - 18:50
in SİYASƏT
FacebookVatsap

Son günlərdə sərhədlərin açılması məsələsi yenidən gündəmə gətirilir. Bu məsələdə fərqli fikirlər mövcuddur. Əgər əvvəlki dönəmdə sərhədlərin bağlı qalması xaricdən təhdid planlarının qarşısının alınması ilə bağlı idisə, artıq bu təhdinin böyük ölçüdə aradan qalxdığını söyləyənlər də var. Həmçinin mövcud iqtisadi durumda sərhədlərin açılmasının sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət daşıdığı da vurğulanır.

Bunu da oxuyun

Azərbaycan XİN Uruqvayı təbrik etdi

Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Qüdrət Həsənquliyevdir:

– Quru sərhədlərin açılıb-açılmaması məsələsi yenə gündəmdədir. Necə hesab edirsiz, sərhədlərin açılması geosiyasi, regional müstəvidə hansı təsirini göstərə bilər? Sərhədlər açılmalıdırmı?

– Əlbəttə ki, sərhədlər açılmalıdır. Kənardan təhlükə ola bilər deyə, biz daim digər dövlətlərlə sərhədlərimizi qapalı saxlaya bilmərik. Ona görə də sərhədlər açılmalı, sərhədyanı ölkələrlə qarşılıqlı ticarət əlaqələri qurulmalı, genişlənməlidir. Onu da nəzərə almalıyıq ki, bizim çoxsaylı soydaşlarımız Dərbənddə, Gürcüstanda, İranda – Cənubi Azərbaycanda yaşayırlar. Bura həm də onların vətənidir. Sərhədlərin açıq olması soydaşlarımızın Azərbaycana sərbəst gəlib-getməsi üçün lazımdır. Öz ev-eşiklərini tərk edib iş dalınca Rusiya, Ukrayna, Türkiyəyə gedən, orada qalmağa məcbur olan çoxsaylı azərbaycanlı var. Onların öz Vətənlərinə gediş-gəlişi asan olmalıdır. Dövlət Təhlükəsizlik Xidməti öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Hesab etmirəm ki, ölkədə təhlükəsizliyimiz üçün təhdidlər var. Ən böyük təhdid əhalinin sosial vəziyyəti ilə bağlı olan məsələlərdir. Dövlət daha çox iqtisadi islahatlar aparmalıdır ki, insanların yaşayışı yaxşı olsun. Kənardan təhlükəsizliyimizə təhdid olacaq təhlükəni görmürəm. Ona görə də hər zaman hökuməti dövlət sərhədlərini açmağa çağırıram.

– Rusiyada azərbaycanlılara qarşı yenidən başlanan həbs hücumları, Avropa İttifaqının Ermənistanla imzalanan “Tərəfdaşlıq sazişi”ndəki qərəzi, eləcə də Avropa Parlamentində ölkəmizə qarşı qəbul olunan ədalətsiz qətnamə özü kənar təhlükənin mövcudluğundan xəbər vermirmi?

– Dünyada elə bir ölkə yoxdur ki, onun qonşu dövlətlərlə hər hansı gərginliyi, narahatlığı olmasın. Belə götürəndə, gərək, bütün dünya dövlətləri bir-birləri ilə sərhədlərini bağlaya. Yəni bu, çıxış yolu deyil, qonşularımızla yaxşı münasibətlər qurmağa çalışmalıyıq və hazırda da bütün qonşu dövlətlərlə münasibətlər qaydasındır. Düzdür, Rusiya ilə müəyyən gərginlik var idi. Prezidentlərin Düşənbə görüşündən sonra o da aradan qalxıb. Ermənistana, artıq benzin satırıq, eləcə də bizim üzərimizdən bu ölkəyə yüklər daşınır. Artıq ticarət, nəqliyyat əlaqələri qurulur. Belə olduğu təqdirdə, Ermənistanın üzərinə qoyulan əvvəlki şərtlərlərdən də geri çəkilmək lazımdır. Konstitusiyanın dəyişdirilməsi tələbini bir kənara qoyub, Ermənistanla sülh sazişi imzalamalıyıq. Bir sözlə, Azərbaycan doğrudan da həm daxildə, həm də xarici siyasətlə bağlı çevik qərarlar qəbul etməlidir.

– Bəllidir ki, Ermənistanda revanşist qüvvələr cücərdilir. Azərbaycandan Ermənistana gedən neft məhsulları ilə bağlı iddialar ortaya atılır…

– Əslində, Ermənistana neft məhsulları göndərməklə, dəmir yolu xəttini açmaqla revanşistlərə böyük zərbə vururuq. Ermənistan xalqı görür ki, Azərbaycanla dost olmaqla, sülh şəraitində yaşamaqla, yaxın qonşuluq siyasəti apamaqla çox şeyə nail ola bilərlər; ölkələri inkişaf edər, nəqliyyat xərcləri azalar, malların qiyməti aşağı düşər. Belə olduğu təqdirdə, revanşistlərin dayaq nöqtələri zəifləyəcək. Əslində, bu, Paşinyana ciddi dəstəkdir və o da bunu qiymətləndirməlidir. Azərbaycanın tələb etdiyi konstitusuya dəyişikliyini etməlidir. Buna baxmayaraq, Azərbaycan doğru siyasət yeridir və inşAllah bu siyasət özünü doğruldar.

Digər tərəfdən, Avropada elə bir xalq yoxdur ki, zaman-zaman bir-biri ilə müharibələr aparmasın. Avropada yüzillik müharibələr olub. İndi onlar bir ittifaqın içərisində yaşayırlar, əmin-amanlıq təmin olunur.

Ermənlər bizə elə yaralar vurublar ki, zaman sağaltmaz. Zaman, sadəcə, bizə o yaralarla yaşamağı öyrədir. Bu baxımdan anlamalıyıq ki, Ermənistan qonşu dövlətdir və bunu dəyişmək mümkün deyil. Biz övladlarımız, gələcək nəsillər üçün düşünməli, onlara düşmən qonşu qoyub getməməliyik. Münasibətləri elə tənzimləməliyik ki, əməkdaşlıq, firavanlıq olsun.

– Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə nədən xəbər verir?

– Avropa İttifaqı Ermənistan və Azərbaycanın bir-birinə yaxınlaşmasına, etibar və etimad etməsinə də mane olur. Rəsmi İrəvan da Aİ-nin mövqeyindən Azərbaycana qarşı dilə gətirə bilmədiyi hikkə və iddiasını reallaşdırmaq, yaxud rəsmi Bakıya təzyiq aləti olaraq yararlanmağa çalışır. Aİ münasibətlərin perspektivlərinə mənfi təsir edir.

Aİ Azərbaycan torpaqları işğal altında olduğu illərdə Ermənistanı tutduğu mövqedən çəkindirəcək açıqlama belə verməyib. İndi də Avropa parlamentariləri, guya, ölkəmizdə “siyasi məhbus”ların olduğunu, insan haqlarının pozulduğunu iddia edir, üstəlik, etnik zəmində aranı qarışdırmağa çalışırlar. Onlar, hətta müharibə cinayətləri törətmiş erməniəsilli məhbusları müdafiə etməkdən də çəkinməyiblər. Hesab edirəm, bu tip məsələlər xoşniyyətli edilirsə, əvvəlcə bağlı qapılar arxasında müzakirələr aparılmalıdır. Bu cür hallar məsələnin həllini çətinləşdirir. Yəni kimlərsə Azərbaycana qarşı şərt qoyub, tələb irəli sürürsə, deməli, məsələnin həllini deyil, bundan faydalanmağı, vəziyyəti qızışdırmağı planlayır.

Avropa Parlamenti Azərbaycanda etnik mənsubiyyətinə görə insanların hüquqlarının pozulduğunu iddia edir. Əslində isə Avropa Parlamenti özü etnik qruplara heç bir yardım etmir. Ermənistanın arxasında dünyanın böyük bir erməni diasporası, lobbiçiliyi dayanmışdı. Avropanın ən aparıcı ölkəsi olan Fransa, eləcə də ABŞ Ermənistanda separatizmi qızışdırmaqla o xalqa nə verdilər? Əlləri o qədər qana batdı ki, axırda ölkədən çıxıb getmək məcburiyyətində qaldılar. İndi etnik qrupları qızışdıranlar o xalqlara düşmənçilik edirlər. Separatçılara, revanşistlərə qarşı ciddi tədbir görülməyəndə həmin xalqın özünün faciəsinə gətirib çıxarırlar. Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti vaxtında o cür adamları ifşa edərək, ölkədə xalqların qardaşlıq şəraitində birgə yaşayışını təmin etdi. Biz hamımız azərbaycanlıyıq. Burada milli etnik fərqliliklər, azsaylı xaqların nümayəndələri ola bilərlər. Ona görə də birliyimizi pozmağa çalışanlar haqqında sərt tədbirlər görülməlidir.

Hesab edirəm, Avropa Parlamentinin qərarı xoş niyyətlə qəbul olunmuş qərar deyil. Bu, Azərbaycanda gərginlik yaratmaq məqsədi daşıyır. Bu cür təxribatlara görə sərhədlərimizi bağlayıb, ölkə iqtisadiyyatına ciddi ziyan vura bilmərik, insanların rahat həyatını poza bilmərik…

Previous Post

ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında memorandum imzalanıb

Next Post

Bir sıra məhkəmələrə hakimlər təyin edilib

Bənzər yazılar

Azərbaycan bu ölkəni təbrik etdi

Azərbaycan XİN Uruqvayı təbrik etdi

25 Avqust 2026 - 10:42

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Uruqvayı Müstəqillik Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, bu barədə qurumun "X" hesabında...

Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

24 Avqust 2026 - 18:09

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi təltif edib....

Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

24 Avqust 2026 - 11:46

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Buxaradan paylaşım edib. Elchi.az xəbər verir ki,...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

İlham Əliyev Buxarada səfərdədir

24 Avqust 2026 - 11:32

Prezident İlham Əliyevin təyyarəsi Buxara hava limanına enib. Elchi.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Next Post
Bir sıra məhkəmələrə hakimlər təyin edilib

Bir sıra məhkəmələrə hakimlər təyin edilib

Daxili qoşunlar haqqında qanun qüvvəyə minib

Daxili qoşunlar haqqında qanun qüvvəyə minib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Sabahın havası açıqlandı

25 Avqust 2026 - 12:27
DİM sədri: Qəbul planı 97.07% dolub, dövlət sifarişi əsasında qəbul olunanların sayı artıb

DİM sədri: Qəbul planı 97.07% dolub, dövlət sifarişi əsasında qəbul olunanların sayı artıb

25 Avqust 2026 - 12:16
Rusiya Starlinkə rəqib qlobal peyk internet şəbəkəsi qurur

Rusiya Starlinkə rəqib qlobal peyk internet şəbəkəsi qurur

25 Avqust 2026 - 12:07
Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

25 Avqust 2026 - 11:53
Qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

25 Avqust 2026 - 11:47
“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

25 Avqust 2026 - 11:33
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndəriblər

İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndəriblər

25 Avqust 2026 - 11:27
Medvedev Zelenskinin taleyini açıqladı

Medvedev Zelenskinin taleyini açıqladı

25 Avqust 2026 - 11:25
Makron “istəklilər koalisiyası” təlimlərini elan etdi

Makron “istəklilər koalisiyası” təlimlərini elan etdi

25 Avqust 2026 - 11:12
Şara ölkəsinin yenidənqurma və yenidənqurma prosesinə qədəm qoyduğunu bildirib.

Şara ölkəsinin yenidənqurma və yenidənqurma prosesinə qədəm qoyduğunu bildirib.

25 Avqust 2026 - 10:58
Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

25 Avqust 2026 - 10:49
Azərbaycan bu ölkəni təbrik etdi

Azərbaycan XİN Uruqvayı təbrik etdi

25 Avqust 2026 - 10:42
Təhsil İdarəsi İncəsənət Gimnaziyasındakı son vəziyyəti açıqladı

Təhsil İdarəsi İncəsənət Gimnaziyasındakı son vəziyyəti açıqladı

25 Avqust 2026 - 10:39
Sirli və inanılmaz dərəcədə güclü yeni süni intellekt modeli ortaya çıxdı

Sirli və inanılmaz dərəcədə güclü yeni süni intellekt modeli ortaya çıxdı

25 Avqust 2026 - 10:30
Bu ilin ilk 6 ayında Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

Bu ilin ilk 6 ayında Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

25 Avqust 2026 - 10:23
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.