"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

MEDİA-nın İcraçı direktoru: Türk dövlətləri ilə birgə əməkdaşlığa hazırıq

18 Dekabr 2025 - 13:46
in GÜNDƏM
FacebookVatsap

Azərbaycanda dezinformasiya problemi ölkənin beynəlxalq nüfuzu artdıqca daha qabarıq şəkildə özünü göstərir.

Bunu da oxuyun

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib

Elchi.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən Türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib.

Əhməd İsmayılov bildirib ki, xüsusilə Azərbaycanda böyük beynəlxalq tədbirlərin keçirildiyi dövrlərdə müxtəlif qarayaxma və dezinformasiya kampaniyalarına şahidi olunur.

Onun sözlərinə görə, bu kampaniyalar çaşqınlıq və qeyri-sabitlik yaratmaq məqsədi daşıyır və çox vaxt ölkənin reputasiyasına zərər vurmağa yönəlmiş yalan məlumatlar formasında ortaya çıxır.

İcraçı direktor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake” texnologiyaları, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya hallarının artdığını vurğulayıb. Bu cür hallar ölkələrin imicinə və daxili ictimai həyatına ciddi təsir göstərməklə yanaşı, beynəlxalq sabitliyə zərbə vurur və dövlətlər arasında etimadı sarsıdır.

Əhməd İsmayılov Prezident İlham Əliyevin mövqeyinə istinad edərək bildirib ki, informasiya təxribatları beynəlxalq xarakter daşıyır və təkcə ölkələrin imicini zədələmir, eyni zamanda, mediaya olan ictimai etimadı da zəiflədir.

O xatırladıb ki, Şuşa şəhərində keçirilən Qlobal Media Forumları çərçivəsində dünyanın nüfuzlu media nümayəndələrinin və ekspertlərin iştirakı ilə rəqəmsal mühitdə medianın gələcəyinə dair geniş müzakirələr aparılır.

İcraçı direktor qeyd edib ki, bu ilin iyul ayında keçirilən Üçüncü Şuşa Qlobal Media Forumunda süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi məsələləri müzakirə olunarkən əsas diqqət dezinformasiya ilə mübarizədə media savadlılığının artırılmasına yönəldilib.

O, həmçinin Türkiyə–Azərbaycan birgə media platforması çərçivəsində və digər türk dövlətləri ilə keçirilən birgə forumlar və mötəbər tədbirlərdə dezinformasiya ilə mübarizə məsələlərinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Əhməd İsmayılov hazırda Azərbaycanda media savadlılığı həftəsinin keçirildiyini diqqətə çatdırıb: “Hər il dekabr ayında biz bütün ölkədə media savadlılığı həftəsi elan edir və il boyu bu istiqamətdə gördüyümüz işlərlə bağlı geniş maarifləndirmə tədbirləri həyata keçiririk. Bu, son illər bizim ölkəmizdə formalaşmış yaxşı ənənə kimi cəmiyyət tərəfindən maraqla qarşılanır”.

Əhməd İsmayılov vurğulayıb ki, transmilli informasiya siyasəti və milli sərhədləri asanlıqla aşan beynəlxalq təbliğat fəaliyyəti ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına, cəmiyyətlərin vəziyyətinə ciddi təsir göstərməkdədir.

Əhməd İsmayılov qeyd edib ki, beynəlxalq təcrübədə ölkələr tərəfindən media savadlılığının artırılması istiqamətində ən çox istifadə edilən strategiya mövzunun bir çox səviyyələrdə tədris sisteminə daxil edilməsi və bununla bağlı koordinasiyalı tədbirlərin görülməsidir: “Bu baxımdan qardaş türk dövlətləri ilə birgə əməkdaşlığa, fikir mübadiləsinə hazırıq”.

Previous Post

Bakı Limanında konteyner aşırması rekord həddə çatıb

Next Post

“ABŞ ordusu dünyanın ən güclü ordusudur” – Tramp

Bənzər yazılar

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

07 Noyabr 2026 - 13:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “Komfy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ortopedik döşək istehsalı müəssisəsinin açılışında...

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

07 Noyabr 2026 - 12:21

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr – Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. Elchi.az xəbər verir ki, videoçarxda 8 Noyabrın Azərbaycan...

Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib

Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib

06 Noyabr 2026 - 15:08

Azərbaycanın ərazi bütövlüyünün bərpasının, əzəli və əbədi torpaqlarımızın azadlığının təcəssümü olan 8 Noyabr - Zəfər Günü münasibətilə noyabrın 6-da Baş...

Prezident və xanımı Zəngilanda sakinlərlə görüşdülər

Prezident və xanımı Zəngilanda sakinlərlə görüşdülər

06 Noyabr 2026 - 14:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak...

Next Post
Tramp: “Avropa Rusiya neftini almağı dayandırmalıdır”

"ABŞ ordusu dünyanın ən güclü ordusudur" - Tramp

AzMİU-nun əməkdaşları təltif edilib – SƏRƏNCAM

AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Şəkidə ağır qəza: ölən var

Şəkidə ağır qəza: ölən var

07 Noyabr 2026 - 16:58
Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

07 Noyabr 2026 - 16:44
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

07 Noyabr 2026 - 16:30
“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

07 Noyabr 2026 - 16:06
Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

07 Noyabr 2026 - 15:13
Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

07 Noyabr 2026 - 14:55
ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

07 Noyabr 2026 - 14:33
Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

07 Noyabr 2026 - 14:30
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

07 Noyabr 2026 - 14:09
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

07 Noyabr 2026 - 13:35
Zəfər gününün hava proqnozu açıqlanıb

Zəfər gününün hava proqnozu açıqlanıb

07 Noyabr 2026 - 13:08
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

07 Noyabr 2026 - 13:00
Yol polisi velosipedçilərə müraciət edib

Yol polisi velosipedçilərə müraciət edib

07 Noyabr 2026 - 12:50
DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

07 Noyabr 2026 - 12:21
Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

07 Noyabr 2026 - 12:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.