Qazaxıstan Prezidenti Tokayev Yaponiya İmperatoru Naruhito ilə danışıqlar aparıb.
Elchi.az xəbər verir ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Yaponiya İmperatoru Naruhito ilə iki ölkə arasında əməkdaşlıq və beynəlxalq məsələləri müzakirə edib. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti Telegram-da məlumat verib.
Səfər zamanı Tokayev qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
“Uzun illərdir ölkəmiz intizamı və dözümlülüyü ilə Qazaxıstan xalqına ilham verib”, Qazaxıstan lideri deyib.
Prezidentin sözlərinə görə, ölkələr arasında hörmətə və səmərəli əməkdaşlığa əsaslanan uzunmüddətli dostluq münasibətləri mövcuddur. İmperator Naruhito qeyd edib ki, Tokayevin səfəri Yaponiya ilə münasibətlər tarixində əlamətdar hadisə olacaq və onları yeni səviyyəyə qaldıracaq.
Qazaxıstan Prezidenti 17 dekabrda Yaponiyaya gəlib. Tokayevi Yaponiyanın xarici işlər üzrə dövlət naziri Ayano Kunimitsu Tokionun Haneda Beynəlxalq Hava Limanında qarşılayıb. Səfər zamanı dövlət başçısı Naruhito və Baş nazir Sanae Takaiçi ilə danışıqlar aparacaq.
Şayəstə





















