ABŞ Prezidenti Donald Tramp fentanili “kütləvi qırğın silahı” kimi təyin edən bir fərman imzaladı.
Elchi.az xəbər verir ki, oval ofisdə keçirilən mərasimdə fərmanı imzalayan Tramp, fentanilin ölkə üçün “ölümcül təhlükə” yaratdığını söylədi.
Tramp “Heç bir bomba bunun etdiyini etmir” dedi və iddia etdi ki, “hər il 200.000-300.000 insan” fentanil səbəbindən ölür.
Prezident Tramp həmçinin iddia etdi ki, vəzifəyə gəldikdən bəri ölkə sərhədi “ən güclü sərhəd”ə çevrilib və fentanili “kütləvi qırğın silahı” elan etdi.
Ağ Evdən verilən açıqlamada bildirilir ki, fərman çərçivəsində Ədliyyə Nazirliyi fentanil qaçaqmalçılığı ilə bağlı araşdırmaları və məhkəmə təqiblərini artıracaq və Xəzinədarlıq və Dövlət Departamentləri bu fəaliyyətlərlə əlaqəli şəxslərə və qurumlara maliyyə sanksiyaları tətbiq edəcək.
Fərmanda fentanilin “narkotikdən daha çox kimyəvi silaha yaxın olduğu” bildirilirdi.
Sintetik ağrıkəsici olan fentanil tibbi tədqiqatlarda morfindən 100 dəfə güclü və cəmi 2 milliqram dozada qəbul edildikdə ölümcül olduğu göstərilmişdir. ABŞ-da on minlərlə insanın ölümünə səbəb olan fentanilin Meksikada Çindən qaçaqmalçılıq yolu ilə gətirilən və sonra qanunsuz olaraq ABŞ-a gətirilən kimyəvi maddələrdən istifadə edilərək istehsal olunduğuna inanılır.
Şayəstə





















