Sahibkar Elon Musk insanları kiçik sintez reaktorlarının tikintisinə resurslar sərf etmək əvəzinə günəşin sərbəst enerjisindən istifadə etməyə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə iş adamı sosial şəbəkədəki X səhifəsində yazıb.
“Günəş səmada nəhəng, sərbəst termonüvə reaktorudur.
“Yer kürəsində kiçik termonüvə reaktorlarının tikintisi tam axmaqlıqdır” deyə sahibkar yazıb.
O, hesab edir ki, əgər dörd Yupiteri yandırsaq belə, Günəş yenə də Günəş Sistemində istehsal olunan bütün enerjinin demək olar ki, 100%-ni təşkil edəcək.
Musk “pafoslu kiçik reaktorlar” üçün pul israfına son qoymağa çağırıb.
Məryəm





















