Kaliforniyada təbii qaz partlayışında altı nəfər xəsarət alıb və evlərə ziyan dəyib.
Elchi.az xəbər verir ki, Alameda Yanğından Mühafizə İdarəsi San-Fransisko Körfəzi Bölgəsindəki bir məhəllədə baş verən partlayışdan sonra yanğın baş verdiyini və bir neçə evə ziyan dəydiyini bildirib.
Bəyanatda əlavə edilib ki, altı nəfər yaralanıb və başqa xəsarət alanların olub-olmadığını müəyyən etmək üçün axtarış-xilasetmə işləri davam etdirilir.
Pacific Gas & Electric Co. partlayışın səhər tezdən tikinti briqadasının yeraltı təbii qaz xəttinə zərər verməsi nəticəsində baş verdiyini və tikinti briqadasının şirkətin işçiləri olmadığını bildirib. Sosial mediada paylaşılan yaxınlıqdakı bir evdən çəkilən təhlükəsizlik kamerası görüntülərində qaz partlayışının təzyiqi səbəbindən binaların alovlandığı və bəzi evlərdə pəncərələrin sındığı görünürdü.
Şayəstə





















