ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) təxminən 10 ildir Mars orbitində atmosfer tədqiqatları aparan Maven kosmik gəmisi ilə əlaqənin kəsildiyini açıqladı.
Elchi.az xəbərinə görə, NASA-nın açıqlamasında qeyd edilib ki, həftəsonu yerüstü stansiyalara məlumat göndərməyi qəfil dayandıran Maven, Marsın arxasından keçməzdən əvvəl normal işləyirdi.
Qırmızı Planetin arxasından yenidən görünməyə başlayanda Maven-dən heç bir siqnal alınmadığı bildirilib.
Bəyanatda həmçinin kosmik gəmi ilə əlaqənin kəsilməsinin səbəbinin araşdırıldığı bildirilib.
2013-cü ildə kosmosa buraxılan Maven, 2014-cü ildə Marsa çatıb və planetin yuxarı atmosferini və günəş küləkləri ilə qarşılıqlı təsirini öyrənməyə başlayıb.
Elmi missiyasına əlavə olaraq, Maven, NASA-nın iki Mars roveri olan Curiosity və Perseverance üçün rabitə ötürücü peyk kimi də xidmət edib.
Alimlər bildirirlər ki, Mars milyardlarla il ərzində günəşin təsirləri səbəbindən atmosferinin böyük bir hissəsini itirib və Marsı isti və rütubətli mühitdən soyuq və quru dünyaya çevirib.
Şayəstə





















