"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib

09 Dekabr 2025 - 19:20
in MƏDƏNİYYƏT
FacebookVatsap

Bakıda Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə davam edən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025” çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib.

Bunu da oxuyun

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

Dərbənddə bu teatra Maqomayevin adı verildi

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Elchi.az xəbər verir ki, forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Qadınların İnkişafı Təşkilatı (WDO), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Yaradıcı Azərbaycan platformasının birgə təşkilatçılığı ilə baş tutub.

Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, “KADEM” Vəqfi Qəyyumlar Şurasının sədri Sümeyye Erdoğan Bayraktar, WDO-nun baş direktoru Afnan Al-Shuaibi, eləcə də Qazaxıstan, Bəhreyn və Özbəkistandan olan qadın innovatorlar və sahibkarlar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən WDO-nun baş direktoru Afnan Al-Shuaibi forum təşkilatçılarına təşəkkürünü bildirib. Qadınların bilikəsaslı cəmiyyətin formalaşmasında mühüm rol oynadığına diqqət çəkib: “Bu, inkişafın və tərəqqinin göstəricisidir. Bizim əsas missiyamız qadınlara öz potensiallarını kəşf etməyə və reallaşdırmağa imkan yaratmaqdır. Qadınlar həm sahibkar, həm də mədəni innovator kimi cəmiyyətin inkişafına böyük töhfə verirlər. Biz qadınların irəliləməsi, öz işlərini tanıtması və yaradıcı layihələrini həyata keçirməsi üçün bütün imkanlarımızı səfərbər etməyə hazırıq”.

“KADEM” Vəqfi Qəyyumlar Şurasının sədri Sümeyye Erdoğan Bayraktar qeyd edib ki, qadın yaradıcı sahələrə sonradan qatılan bir iştirakçı deyil, əslən bu sahənin köküdür, mahiyyətidir. “Qadının yaratdığı dəyərlər nəsildən-nəslə ötürülür. Azərbaycanın xalçaçılıq sənəti bunun ən gözəl nümunələrindəndir. Eyni şəkildə İznik və Kütahya çiniləri və digər sənət məktəbləri də qadının yaradıcı ruhu, sənətkarlıq bacarığı və estetik zövqü ilə formalaşıb. Türk motivləri və onların sənətdə təcəssümü qadının tarix boyu bu sahələrdəki rolunu açıq şəkildə göstərir”, – deyə Sümeyye Erdoğan Bayraktar əlavə edib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva isə forumun qadınların yaradıcılıq sahəsindəki imkanlarını və gələcək perspektivlərini müzakirə etmək üçün ideal platforma olduğunu deyib: “Bu istiqamətdə Azərbaycanda göstərilən dövlət dəstəyi olduqca əhəmiyyətlidir və təqdir olunmalıdır. Forumun əsas məqsədi mövcud boşluqları müəyyənləşdirmək, həmçinin İƏT ölkələri arasında bu sahədə əməkdaşlığı daha da gücləndirməkdir”.

Forumun açılışından sonra Mövlanə Cəlaləddin Ruminin “Zaman dairəsindən çıx – Sevgi dairəsinə daxil ol” kəlamı üzərində qurulan konseptual vizual kompozisiya nümayiş etdirilib. Layihənin illüstrativ hissəsi rəssam Leyla Əliyevanın əsərləri əsasında təqdim edilib. Vizual konsepsiyanın müəllifi Əməkdar artist Səbinə Şıxlinskaya, musiqi tərtibatçısı isə Orxan Ağayevdir (DJ Pancho).

Qeyd edək ki, Qadınların Yaradıcı Forumu çərçivəsində “Yaradıcı sənayelərdə qadınlar üçün beynəlxalq ticarət imkanlarının genişləndirilməsi”, “İnnovasiya, texnologiya və investisiyanın qadınların gücləndirilməsində rolu” və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Spikerlər qadınların rəhbərlik etdiyi yaradıcı bizneslərin dəstəklənməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və innovasiyaların mədəni və iqtisadi transformasiyanı sürətləndirməkdəki rolu barədə danışıblar. Vurğulanıb ki, Qadınların Yaradıcı Forumu qadın liderliyinin yaradıcı iqtisadiyyatda inkişafı, innovasiya və dayanıqlılığın təşviqi, eləcə də beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətində ortaq öhdəliyi bir daha təsdiqləyir.

İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilibİƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilibİƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilibİƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilibİƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilibİƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilibİƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilibİƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilibİƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilibİƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilibİƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilibİƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilibİƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilibİƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilibİƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilibİƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilibİƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Previous Post

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub – YENİLƏNİB

Next Post

Florida ştatında təyyarə magistral yolda məcburi eniş edib

Bənzər yazılar

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

18 Sentyabr 2026 - 18:53

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. APA xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı...

Dərbənddə bu teatra Maqomayevin adı verildi

Dərbənddə bu teatra Maqomayevin adı verildi

18 Sentyabr 2026 - 17:39

Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib. Elchi.az APA-ya istinadla xəbər verir ki, Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor...

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

17 Sentyabr 2026 - 15:30

18-20 sentyabr 2026-cı il tarixlərində Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı keçiriləcək. Elchi.az xəbər verir ki, qurultay XVIII Üzeyir Hacıbəyli...

Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

10 Sentyabr 2026 - 13:45

İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurdakı yüzlərlə tarixi-mədəni abidə dağıdılıb və müxtəlif dərəcədə zədələnib. Hazırda 434 abidəyə dəymiş maddi ziyanın...

Next Post
Florida ştatında təyyarə magistral yolda məcburi eniş edib

Florida ştatında təyyarə magistral yolda məcburi eniş edib

Paşinyan Almaniya Prezidenti ilə Cənubi Qafqazda sülh gündəliyini müzakirə edib

Paşinyan Almaniya Prezidenti ilə Cənubi Qafqazda sülh gündəliyini müzakirə edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

21 Sentyabr 2026 - 23:04
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

21 Sentyabr 2026 - 22:59
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

21 Sentyabr 2026 - 22:56
Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

21 Sentyabr 2026 - 22:54
Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

21 Sentyabr 2026 - 21:52
“Racing Bulls” komandası “Formula 1″in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

“Racing Bulls” komandası “Formula 1″in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

21 Sentyabr 2026 - 21:51
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

21 Sentyabr 2026 - 21:49
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

21 Sentyabr 2026 - 21:46
Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb

Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb

21 Sentyabr 2026 - 21:44
Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır

Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır

21 Sentyabr 2026 - 21:43
Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

21 Sentyabr 2026 - 20:11
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

21 Sentyabr 2026 - 20:09
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

21 Sentyabr 2026 - 20:07
Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

21 Sentyabr 2026 - 20:05
Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir

Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir

21 Sentyabr 2026 - 19:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.