"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Xüsusi icra məmurunun standart haqqının məbləği təsdiqlənib

08 Dekabr 2025 - 18:52
in CƏMİYYƏT
FacebookVatsap

“Xüsusi icra məmurunun standart haqqının və əlavə icra haqqının hesablanması meyarları və hədlərinin, habelə standart haqq üzrə avansın məbləği” təsdiqlənib.

Bunu da oxuyun

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Professor Tərlan Quliyev vəfat edib

Elchi.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Standart haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, xüsusi icra məmurunun və onun işçilərinin əməyinin ödənilməsi üçün verilir.
Pul tələbinə dair icra sənədləri üzrə standart haqqın sabit hissəsi tələbin məbləğindən aşağıdakı kimi hesablanır:
– tələbin məbləği 30 manatadək olduqda tələbə bərabər məbləğdə;
– tələbin məbləği 30 – 100 manat olduqda 30 manat məbləğində;
– tələbin məbləği 101 – 500 manat olduqda 30 manat + 100 manatdan yuxarı hissənin 17 faizi;
– tələbin məbləği 501 – 1.000 manat olduqda 98 manat + 500 manatdan yuxarı hissənin 15 faizi;
– tələbin məbləği 1.001 – 5.000 manat olduqda 173 manat + 1.000 manatdan yuxarı hissənin 13 faizi;
– tələbin məbləği 5.001 – 10.000 manat olduqda 693 manat + 5.000 manatdan yuxarı hissənin 11 faizi;
– tələbin məbləği 10.001 – 50.000 manat olduqda 1.243 manat + 10.000 manatdan yuxarı hissənin 9 faizi;
– tələbin məbləği 50.001 – 100.000 manat olduqda 4.843 manat + 50.000 manatdan yuxarı hissənin 7 faizi;
– tələbin məbləği 100.001 – 500.000 manat olduqda 8.343 manat + 100.000 manatdan yuxarı hissənin 5 faizi;
– tələbin məbləği 500.001 – 1.000.000 manat olduqda 28.343 manat + 500.000 manatdan yuxarı hissənin 3 faizi məbləğində;
– tələbin məbləği 1.000.000 manatdan çox olduqda 43.343 manat + 1.000.000 manatdan yuxarı hissənin 1 faizi məbləğində, lakin 50.000 manatdan çox olmayaraq.
Könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədi üzrə ödənilməli pul məbləği borclu tərəfindən qismən ödənildikdə standart haqqın sabit hissəsi tələbin məbləği əsas götürülməklə borcun qalan hissəsinə mütənasib hesablanır. Pul tələbinə dair icra sənədi qismən icra edildikdə standart haqqın sabit hissəsi tələbin məbləği əsas götürülməklə ödətdirilmiş hissəyə mütənasib tutulur.
Vaxtaşırı ödəmələrə dair icra sənədləri üzrə standart haqqın sabit hissəsi aşağıdakı kimi hesablanır:
– aliment tələbinə dair işlərdə tələb qeyri-müntəzəm icra edildiyi və borc yarandığı halda ödətdirilmiş borc məbləğindən hesablanmaqla 4-cü hissə ilə müəyyən edilən standart haqqın yarısı miqdarında;
– vaxtaşırı ödəmələrə dair digər işlərdə tələb qeyri-müntəzəm icra edildiyi və borc yarandığı halda ödətdirilmiş borc məbləğindən hesablanmaqla 4-cü hissə ilə müəyyən edilən standart haqq miqdarında;
– Əmlak tələbinə (torpaq mübahisələri istisna olmaqla) dair icra sənədləri üzrə standart haqqın sabit hissəsi fiziki şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün 500 manat miqdarında müəyyən edilir.
Pul tələbi olmayan icra sənədləri üzrə standart haqqın sabit hissəsi aşağıdakı kimi müəyyən olunur:
– müvəqqəti təminat tədbirlərinin tətbiqinə və ya ləğvinə dair işlər üzrə borclu öz hərəkət və ya hərəkətsizliyi ilə icraya maneçilik törətdikdə – fiziki şəxslər üçün 150 manat, hüquqi şəxslər üçün 450 manat;
– hüquqların tanınması, pay bölgüsü, hüquqlara xitam verilməsi tələblərinə dair işlər üzrə – fiziki şəxslər üçün 150 manat, hüquqi şəxslər üçün 450 manat;
– tikilinin sökülməsi, bərpası, yolun açılması, maneələrin aradan qaldırılması tələblərinə dair işlər üzrə – fiziki şəxslər üçün 600 manat, hüquqi şəxslər üçün 900 manat;
– şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair işlər üzrə – fiziki şəxslər üçün 250 manat, hüquqi şəxslər üçün 750 manat;
– pul tələbi olmayan müxtəlif predmetli barışıq sazişlərinin icrası üzrə – fiziki şəxslər üçün 250 manat, hüquqi şəxslər üçün 750 manat;
– öhdəliyin icrası, öhdəlikdən azad olunma, borcun silinməsi tələblərinə dair işlər üzrə – fiziki şəxslər üçün 150 manat, hüquqi şəxslər üçün 450 manat;
– işə bərpa (məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi tələbi olmadan) tələbinə dair işlər üzrə – sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər üçün 250 manat, hüquqi şəxslər üçün 750 manat;
– çıxarılma və ya köçürülmə ilə əlaqədar olmayan, habelə bu Sənədin 9.3-cü bəndi ilə əhatə olunmayan torpaq mübahisələri üzrə – fiziki şəxslər üçün 250 manat, hüquqi şəxslər üçün 750 manat;
– digər kateqoriya tələblərə dair işlər üzrə – fiziki şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün 300 manat.
Tələbin ipoteka predmetinə yönəldilməsinə dair icra sənədlərindən, yaxud əmlakın borc əvəzində tələbkara verilməsindən irəli gəldiyi hallarda yaşayış və ya qeyri-yaşayış sahəsindən (torpaq sahəsindən) çıxarılma, habelə bu Sənədin 8-ci və 9- cu hissələrində göstərilən digər tələblərin əməli icrası ilə əlaqədar xüsusi icra məmurunun bilavasitə icra hərəkətlərinin həyata keçirildiyi yerdə sərf etdiyi hər tam iş saatına görə standart haqqa daxil olan 20 manat ödənilir. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tənzimlənən və ya bazar qiymətlərinə uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı faktiki çəkilmiş (çəkilməsi labüd olan) xərclərdən hesablanır. Həmin xərclərə aiddir:
– borclunun əmlakının axtarılması, ünvanına gedilməsi, əmlakın müəyyən edilməsi və ona baxış keçirilməsi ilə bağlı xərclər;
– borclunun əmlakının siyahıya alınması, üzərinə həbs qoyulması, daşınması və saxlanmasının təşkili ilə bağlı xərclər;
– borclunun əmlakının qiymətləndirilməsi, satışının təşkil edilməsi ilə bağlı xərclər;
– icra hərəkətlərinin həyata keçirilməsi üçün cəlb edilmiş tərcüməçilərə, mütəxəssislərə və digər şəxslərə xidmət haqlarının ödənilməsi;
– borcludan tutulmuş məbləğlərin aidiyyəti üzrə köçürülməsi (göndərilməsi) ilə əlaqədar bank və poçt xərcləri;
– icraat sənədlərinin kağız daşıyıcıda tərtibi, sənədlərin surətlərinin çıxarılması, çap edilməsi və poçt vasitəsilə göndərilməsi ilə bağlı xərclər;
– xarici valyuta əməliyyatları zamanı bank xidmətləri xərcləri;
– icranın təmini üçün zəruri olan digər hərəkətlərə çəkilən xərclər.
Zərurət olmadan çəkilmiş və əsaslandırılmamış xərclər standart haqqa daxil edilə bilməz.

Previous Post

Elm və Təhsil Nazirliyinin tabeliyindəki üç elmi istehsalat birliyi ləğv edilib

Next Post

“Qəbələ” – “Turan Tovuz” matçı dayandırılıb

Bənzər yazılar

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45

Venesiya şəhərində İtaliya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə XV Trans-Regional Dəniz Gücü Simpoziumu (Trans-Regional Seapower Symposium – T-RSS) keçirilib. Bu...

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

13 Oktyabr 2026 - 17:18

Hicabdan necə və hansı yaşlarda istifadə etməsi ilə bağlı fiqh alimləri, müctəhidlər çox gözəl bilirlər. Azərbaycanda hicab qadağan olunmayıb. Elchi.az...

Professor Tərlan Quliyev vəfat edib

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr 2026 - 17:08

Filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə Beynəlxalq Muğam Mərkəzi məlumat yayıb. O,...

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

13 Oktyabr 2026 - 17:01

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə...

Next Post
“Qəbələ” – “Turan Tovuz” matçı dayandırılıb

"Qəbələ" - "Turan Tovuz" matçı dayandırılıb

Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.