ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəsinin təklif etdiyi “sülh planını” oxumadığını və məyus olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Tramp Kennedi Mərkəzində qatıldığı tədbirdə qırmızı xalçada mətbuatın suallarını cavablandırıb.
Tramp Zelenskinin hələ ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün təklif etdiyi planı oxumadığını bildirib və məyusluğunu ifadə edib.
Tramp Ukrayna xalqının və Rusiyanın planı “bəyəndiyini” iddia edərək əlavə edib: “Zelenskinin bununla bağlı problemi olduğundan əmin deyiləm”.
“Tariflər sayəsində səkkiz müharibəyə son qoydum”
Tramp mövcud tarif sisteminin “daha böyük milli təhlükəsizlik” təmin etdiyini və ABŞ Prezidentinə “daha effektiv və tez hərəkət etməyə” imkan verdiyini iddia edərək əlavə edib: “Əsasən ticarət və ya tariflər səbəbindən səkkiz müharibəyə son qoydum”. Tramp iddia edib ki, digər tarif metodları eyni səviyyədə milli təhlükəsizliyi təmin edə bilməz və tariflərə məruz qalan ölkələrin “heç bir şikayəti yoxdur”.
ABŞ prezidenti həmçinin Kanada və Meksika ilə ticarət mövzusunda məhsuldar danışıqlar apardığını bildirib.
Daha əvvəl Kanada ilə dayandırdığı ticarət danışıqlarını yenidən başladıb-başlamayacağı soruşulduqda, Tramp “Baxarıq. Problem ondadır ki, Kanada bizə lazım olan bir çox şeyi istehsal edir, amma biz bunu edəcəyik” cavabını verib.
ABŞ və Ukrayna nümayəndə heyətləri Trampın təqdim etdiyi 28 maddəlik sülh planını müzakirə etmək üçün 23 noyabrda İsveçrənin Cenevrə şəhərində görüşdülər.
ABŞ Dövlət Katibi Marko Rubio və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun sədrliyi ilə keçirilən nümayəndə heyətləri ABŞ sülh planını müzakirə etmək üçün 30 noyabrda Floridada görüşdülər.
Şayəstə





















