Pakistanın şimal-qərbində hökumət rəsmisinin olduğu avtomobilə hücum edilib. Hücum nəticəsində zabit, iki təhlükəsizlik işçisi və yoldan keçən bir nəfər həlak olub.
Elchi.az-ın məlumatına görə, yerli polis rəsmisi Ələm Xan bildirib ki, Hayber-Paxtunxva əyalətinin Bannu rayonunda hökumət məmurunu daşıyan avtomobilə hücum edilib.
Hücum nəticəsində Əfqanıstan sərhədi yaxınlığındakı Miran Şah bölgəsində çalışan dövlət məmuru Şah Vəli, iki təhlükəsizlik işçisi və yoldan keçən bir nəfərin həlak olduğunu bildirən Xan, hücumun məsuliyyətini hələlik heç kəsin üzərinə götürmədiyini bildirib.
Dünən Lakki Marvat bölgəsində polis maşınının yanında intiharçı hücumu nəticəsində yüksək rütbəli bir polis məmuru həlak olub.
Məryəm





















