"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

“Qərbi Azərbaycana qayıdış: hüquqi-siyasi imkanlar” mövzusunda dəyirmi masa keçirilib

13 Sentyabr 2025 - 13:26
in SOSİAL
FacebookVatsap

Sentyabrın 12-də Media İnkişaf Mərkəzi İctimai Birliyinin (MİM İB) təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: hüquqi-siyasi imkanlar” mövzusunda dəyirmi masa keçirilib.

Bunu da oxuyun

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Elchi.az xəbər verir ki, tədbir Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi MİM İB-nin icra etdiyi “Qərbi Azərbaycan: mədəni, hüquqi, siyasi bağlar” adlı layihə çərçivəsində keçirilib.

Təşkilatın sədri Qabil Rüstəmov tədbirə gələn qonaqları, ekspertləri və jurnalistləri salamlayaraq, bildirib ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin gündəmə gətirdiyi mühüm istiqamətlərindən biri də Qərbi Azərbaycan məsələsidir. Soydaşlarımız indiki Ermənistan ərazisində əsrlərdir yaşadıqları yurdlarından təkcə ötən əsrdə etnik təmizləmə nəticəsində dəfələrlə zorakılıqla qovulublar. Sonuncu – 1988-ci ildə başlayan deportasiya nəticəsində yüz minlərlə insan qaçqın kimi Azərbaycana gəlməyə məcbur qalıb. Münaqişənin həll mərhələsində olması o insanlara öz yurdlarına qayıtmaq üçün müəyyən hüquqi imkanlar yaradır. “Tədbirimizdə bu imkanların nə qədər real olduğunu müzakirə edəcək, prosesin hüquqi və siyasi aspektlərini araşdıracağıq” – təşkilat sədri bildirib.

Tədbirə ekspert kimi dəvət olunmuş Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi analitik Aqşin Kərimov çıxışında bildirib ki, hazırkı siyasi reallıq ondan ibarətdir ki, Azərbaycan fiziki olaraq Ermənistan ərazisində olmasa da, siyasi faktor olaraq Ermənistandakı siyasi proseslərdə nəzərə alınır və öz strateji maraqlarını həyata keçirmək, regional əməkdaşlıq imkanlarını artırmaq üçün çalışır. “Bir müddət əvvələdək Qafqazın hansısa dövləti böyük güclərin əlində Azərbaycana qarşı təzyiq aləti kimi istifadə olunurdusa, indi Azərbaycan həmin dövlətin siyasətinə təsir edərək, öz rəqiblərinə münasibətdə ondan yararlanır. Təəssüf ki, hazırda dünyada hüquq yeganə prioritet deyil, siyasi güclər geopolitik maraqlarını gerçəkləşdirmək üçün hüququn tələblərini nəinki nəzərə almırlar, hətta onu kobud şəkildə tapdayırlar. Ancaq Azərbaycan həmişə bildirib ki, bölgə dövlətləri ilə də, dünya gücləri ilə də münasibətdə beynəlxalq hüququn tələbələrini pozmamağa, əksinə, onun yerinə yetirilməsinə nail olmağa çalışır ” – ekspert qeyd edib.

A. Kərimov bildirib ki, son 5 ildə regionda, hətta dünyada geopolitik layların yerindən oynaması və yeni siyasi reallıqların yaranması müşahidə olunur: “Deyərdim ki, bu prosesin başlanmasına 44 günlük Vətən müharibəsinin nəticələri də təsir göstərib”.

Tədbirdə çıxış edən tanınmış jurnalist və QHT rəhbəri Asəf Quliyev Ermənistan ictimai rəyi Qərbi Azərbaycana qayıdış məsələsinə qətiyyən hazır deyil və bu, illərdir ictimai şüuru zəhərləyən Koçaryan kimilərinin “zəhmətinin” nəticəsidir: “Ancaq müəyyən cücərtilər var ki, onlarla bizim vətəndaş cəmiyyəti işləməlidir. Məsələn, tədbirlərin birində mənə bir erməni jurnalistin yazdığı kitabı verdilər. Kitab Ermənistan ərazisində mövcud olan Azərbaycan, türk maddi mədəniyyət nümunələrinin tədqiqinə həsr olunmuşdu. Bu cür nadir halları diqqətə almalıyıq “. Dəyirmi masada iştirak edən digər şəxslər də mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Previous Post

Altı günlük tac fırtınası Yer kürəsini vurmağa hazırlaşır!

Next Post

NATO Polşada Şərqi Qvardiya əməliyyatına başlayıb

Bənzər yazılar

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

10 Mart 2026 - 17:25

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə...

Next Post
NATO Polşada Şərqi Qvardiya əməliyyatına başlayıb

NATO Polşada Şərqi Qvardiya əməliyyatına başlayıb

6 ölkənin xüsusi təyinatlıları Azərbaycanda… – Foto

6 ölkənin xüsusi təyinatlıları Azərbaycanda... - Foto

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Emin Əmrullayevin təchizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları (FOTOLAR)

Emin Əmrullayevin təchizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları (FOTOLAR)

13 Avqust 2026 - 14:14
Pentaqon Kubanı HƏDƏLƏDİ

Pentaqon Kubanı HƏDƏLƏDİ

13 Avqust 2026 - 14:00
Şuşakənddə insan sümüyünə bənzər qalıqlar aşkarlandı

Şuşakənddə insan sümüyünə bənzər qalıqlar aşkarlandı

13 Avqust 2026 - 13:51
Qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarıldı

Qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarıldı

13 Avqust 2026 - 13:42
Dövlət başçısı: Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək

Dövlət başçısı: Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək

13 Avqust 2026 - 13:30
Naxçıvanın strateji yüksəlişi: Zəngəzur dəhlizi və yeni imkanlar

Naxçıvanın strateji yüksəlişi: Zəngəzur dəhlizi və yeni imkanlar

13 Avqust 2026 - 13:16
Aİ-nin yeni sanksiyalar tətbiq etmək planları ləngiyib

Aİ-nin yeni sanksiyalar tətbiq etmək planları ləngiyib

13 Avqust 2026 - 13:00
Sabah 36 dərəcə isti olacaq

Sabah 36 dərəcə isti olacaq

13 Avqust 2026 - 12:52
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

13 Avqust 2026 - 12:43
Premyer Liqa: 2026/2027 mövsümünün I turunun təyinatları açıqlandı

Premyer Liqa: 2026/2027 mövsümünün I turunun təyinatları açıqlandı

13 Avqust 2026 - 12:29
DİM sədri buraxılış imtahanlarında ediləcək dəyişiklikdən danışıb

Məleykə Abbaszadə III qrup üzrə keçid ballarını açıqladı

13 Avqust 2026 - 12:23
“Qalatasaray”dan ayrılan İkardi İtaliyaya qayıda bilər

“Qalatasaray”dan ayrılan İkardi İtaliyaya qayıda bilər

13 Avqust 2026 - 12:15
Məleykə Abbaszadə şanslı qrupu açıqladı

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

13 Avqust 2026 - 12:04
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

13 Avqust 2026 - 11:55
“Qarabağ”ın oyunu ilə əlaqədar metroda iş rejimi dəyişdiriləcək

“Qarabağ”ın oyunu ilə əlaqədar metroda iş rejimi dəyişdiriləcək

13 Avqust 2026 - 11:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.