İndoneziyanın Sumatra adasında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 174-ə çatıb, 79 nəfər hələ də itkin düşüb.
Elchi.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Associated Press” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, xilasedicilərin işinə körpülərin və yolların zədələnməsi, eləcə də ağır texnikanın çatışmazlığı mane olub.
“Şimali Sumatra əyalətində ölənlərin sayı 116-ya çatıb, Açedə isə 35 nəfər ölüb. Xilasedicilər Qərbi Sumatrada da 23 cəsədi çıxarıblar”, – nəşr Milli Fəlakətlərin Azaldılması Agentliyinin rəhbəri Suharyantoya istinadən yazır.
İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyinin məlumatına görə, tropik siklonun ölkəni daha bir neçə gün də vurmağa davam edəcəyi gözlənilir.
Məryəm





















