İndoneziya adasında şiddətli yağışların yaratdığı daşqın və torpaq sürüşməsində ölənlərin sayı 79-a çatıb.
Elchi.az xəbər verir ki, son zamanlar İndoneziyada çoxlu insanın həyatına son qoyan əlverişsiz hava şəraiti təsirini davam etdirir.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi çərşənbə günündən bəri Sumatrada güclü musson yağışları səbəbindən 79 nəfərin öldüyünü açıqlayıb.
Təxminən 100 itkin düşmüş insan üçün axtarış və xilasetmə işləri davam edir.
İndoneziya Fəlakətlərin İdarə Edilməsi Agentliyi minlərlə evin və binanın yağışlar nəticəsində su altında qaldığını və minlərlə ailənin didərgin düşdüyünü bildirib.
Düyü tarlaları, mal-qara və ictimai yerlərin də daşqınlar nəticəsində zərər gördüyü bildirilir.
Şayəstə





















