"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Fərdi sahibkarlar üçün sosial sığorta ödənişləri optimallaşdırılacaq

28 Noyabr 2025 - 11:47
in İQTİSADİYYAT
FacebookVatsap

Fərdi sahibkarların sosial sığorta haqlarının mövcud dərəcələrlə hesablanması müddəti 1 yanvar 2026-cı il tarixdə bitir.

Bunu da oxuyun

AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, bundan irəli gələrək “Sosial sığorta haqqında” Qanuna dəyişiklik edilməsi təklif olunur. Belə ki, mövcud qanuna əsasən, fərdi sahibkarlar özünə görə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə (yəni ticarət, iaşə, tərcümə, mühasibat və s. xidmət sahələri) 25 faizi miqdarında sosial sığorta haqları ödəyirlər. Həmçinin regionlar üzrə əmsallar tətbiq edilir (Bakı şəhərində 100 faiz, Sumqayıt və Gəncə şəhərlərində 90 faiz, digər şəhərlərdə 80 faiz, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faiz, kənd yerlərində 50 faiz miqdarında).

Növbəti ildən qanunvericiliyə dəyişiklik edilməyəcəyi halda fəaliyyət göstərdikləri sahələrdən asılı olaraq fərdi sahibkarların sosial sığorta yükü artmalı idi. Lakin “Sosial sığorta haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, fərdi sahibkarlar gələn ildən sosial sığorta haqlarını dövriyyədən 2% dərəcə ilə ödəyəcəklər. Bu zaman sığorta haqqının minimum məbləğ həddi minimum əmək haqqının 15 faizi, yəni 60 manat, maksimum məbləğ həddi isə minimum əmək haqqının 1 misli, yəni 400 manat təşkil edəcək: “Məsələn, Bakı şəhərində ticarət sahəsində fəaliyyət göstərən, aylıq gəliri 5000 manat olan mikro sahibkarın ödədiyi aylıq sosial sığorta haqqı mövcud qanunvericiliyə görə 100 manat təşkil edirsə, qanuna dəyişiklik edilməyəcəyi halda bu məbləğ 2 dəfə çox, yəni 200 manat olacaq. Lakin təklif olunan yeni modelə görə, aylıq gəlirə 2 faiz dərəcə tətbiq etməklə hesablanacaq sosial sığorta haqqı (100 manat) mövcud sosial sığorta yükü ilə eyni olacaq. Eyni sahədə aylıq gəliri 3500 manat olan mikro sahibkar üzrə aylıq sosial sığorta haqqı 100 manatdan 70 manata enəcək”.

Bildirilib ki, Bakı şəhərində xidmət sahəsində fəaliyyət göstərən aylıq gəliri 3000 manat olan mikro sahibkar üzrə sosial sığorta haqqı 100 manatdan 60 manata enəcək. Regionlarda isə ticarət sahəsində çalışan və aylıq gəliri 1500 manat olan mikro sahibkarlar üzrə aylıq sosial sığorta haqqının 3 dəfədən çox artmasının qarşısı alınaraq məbləğ 60 manat təşkil edəcək.

Bu isə o deməkdir ki, gəlirin həcmindən asılı olmayaraq minimum əmək haqqı üzrə standart məbləğlər əvəzinə qanunvericiliyə təklif olunan yeni dəyişiklik nəticəsində aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükünün aşağı düşməsi gözlənilir.

Qeyd edək ki, fəaliyyət göstərən mikro sahibkarlıq subyektinə aid olan fərdi sahibkarların 80%-nin illik gəlirləri 60.000 manatadək olan şəxslərdir.

Eyni zamanda, fərdi sahibkarın özünə görə ödədiyi sosial sığorta haqları heç bir halda vergi deyil və onun pensiya kapitalına yığılmaqla gələcəkdə həmin şəxsə pensiya ödənilməsi üçün istifadə edilir.

Previous Post

Fransa 25 ildən sonra hərbi xidməti bərpa edir

Next Post

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının təlimi keçirilib

Bənzər yazılar

AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

29 Avqust 2026 - 17:00

Azərbaycan Hava Yollarının (AZAL) 29 avqust 2026-cı il tarixinə planlaşdırılan bir sıra Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb....

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

29 Avqust 2026 - 11:11

Dünya bazarında Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti...

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

29 Avqust 2026 - 10:00

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərdə eniş müşahidə olunub. Elchi.az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda...

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28 Avqust 2026 - 16:32

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Elchi.az  xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda...

Next Post
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının təlimi keçirilib

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının təlimi keçirilib

Hava nəqliyyatı ilə rəsmiləşdirilən yüklərin həcmi açıqlanıb

Hava nəqliyyatı ilə rəsmiləşdirilən yüklərin həcmi açıqlanıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Şimali Kiprdə üç günlük matəm elan edilib

Şimali Kiprdə üç günlük matəm elan edilib

30 Avqust 2026 - 23:57
Gəncə şəhərində yanğın baş verib

Gəncə şəhərində yanğın baş verib

30 Avqust 2026 - 23:54
Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

30 Avqust 2026 - 19:54
BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

30 Avqust 2026 - 19:53
Nyu-Cersidə baş verən atışma zamanı iki nəfər ölüb

Nyu-Cersidə baş verən atışma zamanı iki nəfər ölüb

30 Avqust 2026 - 19:50
Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

30 Avqust 2026 - 19:48
Bakıda leysan yağacaq, ayrı-ayrı rayonlara dolu düşəcək, dağ çaylarından sel keçəcək

Bakıda leysan yağacaq, ayrı-ayrı rayonlara dolu düşəcək, dağ çaylarından sel keçəcək

30 Avqust 2026 - 19:45
“Tarixlə tarixçi alimlər məşğul olmalıdır”-Qüdrət Həsənquliyev

“Tarixlə tarixçi alimlər məşğul olmalıdır”-Qüdrət Həsənquliyev

30 Avqust 2026 - 12:50
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

29 Avqust 2026 - 23:35
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

29 Avqust 2026 - 23:18
Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

29 Avqust 2026 - 21:50
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:48
“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

29 Avqust 2026 - 21:46
Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

29 Avqust 2026 - 21:44
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.