Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, o, Ukraynadakı silahlı münaqişənin həlli üzrə danışıqlarda vasitəçilik etmək niyyətində deyil.
Elchi.az xəbər verir ki, siyasətçinin media ilə söhbətindəki sözləri onun mətbuat xidməti tərəfindən dərc edilib.
“Eşitdiniz: hamı Belarusda danışıqlar aparmağa və Belarusla əməkdaşlıq etməyə razıdır. Volodya Zelenski istisna olmaqla. Mən onu necə incitmişəm? Buna görə də bunu istəmirəm”, – deyə Lukaşenko bildirib.
Eyni zamanda, prezident qeyd edib ki, Minsk zərurət yaranarsa, danışıqlar platformasına çevrilməyə hazırdır.
Məryəm





















