ABŞ Prezidenti Donald Trampın “Amerika Körfəzi” adını dəyişdirməyi vəd etdiyi Meksika Körfəzi “səhvən” işğal edildi. ABŞ əsgərlərinin səhvi mübahisələrə səbəb oldu.
Elchi.az xəbər verir ki, ABŞ “səhvən” Meksikaya işğal etdi. Amerika əsgərləri Meksika sərhədindəki bir çimərliyə girərək həm ispan, həm də ingilis dillərində lövhələr qoydular. Bu lövhələrdə “Müdafiə Nazirliyinə məxsus bu ərazi komandirin səlahiyyəti ilə məhdudlaşdırılmış ərazi təyin edilib” xəbərdarlıq edilirdi.
ABŞ əsgərlərinin bu səhvindən sonra Meksika Xarici İşlər Nazirliyi müdaxilə etdi. Nazirlik ABŞ dəniz qüvvələri əsgərlərinin çimərlikdə qoyduğu altı lövhənin silindiyini bildirən bir açıqlama yaydı.
ABŞ və Meksika arasında baş verən bu qalmaqallı hadisə sosial media platformalarında tez bir zamanda yayıldı. Pentaqon “Biz bu ərazini səhvən bağladıq” dedi.
Bu arada, ABŞ Prezidenti Donald Tramp son aylarda Meksika Körfəzinin adının “Amerika Körfəzi” olaraq dəyişdirilməsini əmr etmişdi.
Şayəstə





















