Ukrayna Prezidenti Volodimri Zelenski müharibənin başa çatdırılması ilə bağlı danışıqların fəallaşması fonunda bu gün ABŞ-nin vitse-prezidenti Cey Di Venslə telefon danışığı aparıb.
Elchi.az-ın məlumatına görə, bunu AFP Ukrayna prezident administrasiyasındakı mənbələrə istinadən xəbər verib.
Telefon danışığı ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.





















