İran Hörmüz boğazından keçən Marşal adaları bayraqlı neft tankerini saxlayıb.
Elchi.az xəbər verir ki, “Associated Press” agentliyinin anonim ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, gəmi Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gedirmiş.
“İran cümə günü Marşal adaları bayrağı altında üzən neft tankerini dar Hörmüz boğazından keçərkən saxlayıb. Gəmi İranın ərazi sularına yönləndirilib… “Talara” Birləşmiş Ərəb Əmirliklərinin Əcman şəhərindən Sinqapura gedərkən İran qüvvələri tərəfindən saxlanılıb”, – agentlik bildirib.
Qeyd edildiyi kimi, gəmiyə cavabdeh olan Kipr idarəedici şirkəti Columbia Shipmanagement tankerlə əlaqənin kəsilməsi barədə məlumat verib. İlkin məlumatlara görə, gəmi yüksək kükürdlü dizel yanacağı daşıyırdı. Agentliyin məlumatına görə, şirkət bu barədə “müvafiq orqanlar”a məlumat verib və hazırda rabitənin bərpası üçün dəniz təhlükəsizliyi xidmətləri və gəmi sahibi də daxil olmaqla, bütün maraqlı tərəflərlə fəal əməkdaşlıq edir.
Məryəm





















