Ağ Evin mətbuat katibi Karolin Livitt, Prezident Donald Tramp haqqında sənədli film yayımladığına görə tənqid olunan BBC-ni “solçu təbliğat maşını” olmaqda günahlandırdı.
Elchi.az xəbər verir ki, mətbuat brifinqi zamanı mətbuat katibi Livitt cari hadisələrlə bağlı sualları cavablandırarkən BBC ilə bağlı mübahisələrə toxundu.
Livitt, BBC-ni, 6 yanvar 2021-ci ildə Konqresə basqın etməzdən əvvəl Trampın çıxışları haqqında yayımladığı sənədli filmi guya “redaktə etməkdə” tənqid etdi.
ABŞ sözçüsü bildirib ki, Tramp BBC-nin sənədli filmindən son dərəcə narazıdır və bunu Britaniya Baş naziri Keyr Starmerə bildirib. “Prezident BBC-nin solçu təbliğat maşını olduğunu və təəssüf ki, Britaniya vergi ödəyiciləri tərəfindən subsidiyalaşdırıldığını çox açıq şəkildə bildirib”, – deyə o bildirib. Trampın 6 yanvar Konqresə basqın etmə ilə bağlı sənədli filmdəki çıxışının “qəsdən” və “səmimi olmayan” şəkildə redaktə edildiyini iddia edən Livitt, “Prezident Tramp bu açıq-aşkar yalan xəbərdən dərin narahatlıq keçirir” dedi. BBC-yə qarşı qaldırdıqları iddia ilə bağlı Leavitt hüquqi prosesi yaxından izləyəcəklərini vurğulayaraq dedi: “Üzr istəyib-istəməmələri onlardan asılıdır”.
Şayəstə





















