Perunun cənubunda avtobusun dərəyə aşması nəticəsində azı 37 nəfər ölüb.
Elchi.az xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.
“Təəssüf ki, 36 nəfərin hadisə yerində öldüyü təsdiqlənib, daha bir nəfər isə xəstəxanada ölüb. Bu, çox güman ki, yekun rəqəmdir”, – radiostansiya Arekipa Departamentinin Səhiyyə Direktoru Valter Oportonun sözlərindən sitat gətirib.
İlkin məlumatlara görə, avtobus yük maşını ilə toqquşub, sonra isə yoldan çıxıb. Hakimiyyət orqanları qəzanın səbəblərini araşdırır. Avtobus Çala şəhərindən Arekipa şəhərinə doğru hərəkət edirdi.
Məryəm




















