Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
Elchi.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda keçiriləcək mərasimdə iştirak etmək üçün Azərbaycana yola düşüb.
Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və mərasimdə iştirak edəcək Pakistan Baş naziri Şahbaz Şərif ilə ikitərəfli görüşləri gözlənilir”, – məlumatda deyilir.





















