"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Ermənistan vətəndaşlarının məhkəməsində daha 10 təqsirləndirilən şəxslə bağlı sübutlar elan olunub

07 Noyabr 2025 - 22:06
in GÜNDƏM
FacebookVatsap

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 7-də davam etdirilib.

Bunu da oxuyun

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

Bişkekdə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli məhkəmə iclasında sənədlərin və sübutların təqsirləndirilən şəxs Babayan David Klimi ilə bağlı olan hissəsini diqqətə çatdırıb.

Bildirilib ki, David Babayan Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan təcavüzkar müharibə zamanı 1998-ci ildə qondarma qurumun fəaliyyətinə qoşulub, 2023-cü ilədək müxtəlif “vəzifələr”də işləyib. Bu, həm onun öz ifadəsi, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş ona aid sənədlər əsasında təsdiqlənib.

İşin faktiki halları, məhkəmə istintaqı zamanı tədqiq edilmiş çoxsaylı sübutlar, o cümlədən təqsirləndirilən şəxsə bilavasitə aid sənəd və materiallar, habelə təqsirləndirilən şəxslər tərəfindən verilmiş ifadələr onu göstərir ki, D.Babayan bilavasitə əlinə silah götürüb döyüş əməliyyatlarında iştirak etməsə də, cinayətkar birliyin ideologiyasının, Ermənistanın işğalçı siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində bilavasitə iştirak edib.

O, cinayətkar birliyin məqsədləri üçün törədilən cinayətlər barədə agah olub, imkanları daxilində olsa da, bu cinayət hadisələrinin qarşısının alınması üçün hər hansı tədbir görməyib, nifrəti və düşmənçiliyi alovlandırmaqla yeni cinayətlərin törədilməsinə zəmin yaradıb. Bununla da o, qeyd edilən dövr ərzində baş vermiş cinayət hadisələrinin törədilməsində iştirak edib.

Vurğulanıb ki, D.Babayan müsahibələrində və sosial şəbəkə paylaşımlarında Ermənistanın işğalçı siyasətinə və cinayətkar birliyin əməllərinə haqq qazandıran, işğalın davam etdirilməsi, hətta “Azərbaycan Respublikasının yeni ərazilərinin işğal edilməsinin zəruriliyini vurğulayan” fikirlər səsləndirib.

D.Babayan, həmçinin müharibə planlarının siyasi əsaslandırıcısı və ideoloji təbliğatçısı qismində çıxış edib.

İttiham tərəfi bildirib ki, Beynəlxalq Hərbi Tribunalın Nürnberq presedentində təsbit edildiyi kimi, təcavüzkar müharibə yalnız əlinə silah alanların deyil, onu planlaşdıran, legitimləşdirməyə çalışanların da cinayət məsuliyyətini ehtiva edir.

Beləliklə, D.Babayan təcavüzkar müharibənin hazırlanması, təşkili, aparılması və legitimləşdirilməsində qəsdən və bilavasitə iştirak etməklə müharibə və sülh və insanlıq əleyhinə olan cinayətlərin törədilməsində iştirak edib.

Dövlət ittihamçısı Təranə Məmmədova təqsirləndirilən şəxs İşxanyan Davit Rubeni barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları diqqətə çatdırıb.

Bildirilib ki, D.İşxanyan Ermənistanın hərbi-siyasi rəhbərliyinin nəzarəti altında fəaliyyət göstərən cinayətkar birliyə 1989-cu ildə qoşulub. O, 1989-cu ildən azərbaycanlılara qarşı milli düşmənçilik ideyalarını və bununla da mili etnik nifrəti yayan “Daşnaksütyun” partiyasının fəal üzvü olub, müxtəlif vaxtlarda batalyon komandiri, qondarma rejimin “deputatı, “parlamentinin spikeri” və digər “vəzifələr”də işləyib.

Qeyd olunub ki, D.İşxanyan qoşulduğu cinayətkar birliyin tərkibində 1989-2023-cü illərdə Ermənistan tərəfindən Azərbaycan Respublikasının suveren ərazilərinin işğalında iştirak edib, didərgin salınmış şəxslərin öz yerlərinə qayıtmasının qarşısının alınmasında, etnik təmizləmə aparılmasında, insanların qəsdən öldürülməsində, əsir və girov götürülməsində, zorakılıqla yoxa çıxarılmasında, əhalinin kütləvi məhv edilməsində, terror hadisələrində, işgəncə verilməsi ilə bağlı cinayətlər törədilməsində və s. iştirak edib.

Sonra dövlət ittihamını müdafiə edən prokuror Fuad Musayev təqsirləndirilən şəxs Babayan Madat Arakeloviç barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə zəruri xüsusatları elan edib.

Diqqətə çatdırılıb ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı törədiləcək cinayətlərdə iştirak etmək, işğal olunmuş Azərbaycan Respublikasının suveren ərazilərində qanunsuz yaradılan təmas xəttində işğalçı qüvvələrin xeyrinə güc balansını dəyişmək məqsədilə cinayətkar birliyə qoşulub. Madat Babayanın ifadələri ilə, həmçinin təsdiq edilib ki, o, Vamik Petrosyan, Şirin Şirinyan, Arkadi Şirinyan və digər şəxslərlə birgə cinayətkar birliyin üzvü qismində Ermənistan tərəfindən Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak edib. Videoçəkiliş aparılmaqla ifadəsinin yerində yoxlanılması zamanı və məhkəmədə dindirilərkən soyuqqanlılıqla bu dəhşətli əməllərini bir daha təsdiqləyib.

Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam təsdiqlənib ki, M.Babayan cinayətkar birliyin tərkibində cinayətkar birliyin ümumi niyyət və ideologiyasına uyğun olaraq Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibənin aparılmasında, azərbaycanlı əhalinin qanuni yaşadıqları yerlərdən qovulmasında və didərgin salınmasında, etnik təmizlənmə aparılmasında, təqib edilməsində, onlara fiziki ağrılar, psixi iztirablar və işgəncə verilməsində, onların öldürülməsində, Azərbaycan Respublikasının yaşayış məntəqələrinə və müdafiə olunmayan ərazilərə hücum edilməsində, terror aktlarının törədilməsində, hakimiyyətin zorla ələ keçirilməsində və onun zorla saxlanılmasında vahid komandanlıqdan tapşırıq alaraq qanunsuz əmrləri icra etməklə iştirak edib.

Paşayan Melikset Vladimiri barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları diqqətə çatdıran dövlət ittihamını müdafiə edən prokuror Fuad Musayev bildirib ki, təqsirləndirilən şəxs 1992-1995-ci illərdə, 2020-ci ilin sentyabr-noyabr və 2023-cü ilin may-sentyabr aylarında cinayət hadisələrinin törədilməsində iştirak edib. O, Vitali Balasanyanın rəhbərliyi altında fəaliyyət göstərən 31 saylı hərbi hissənin tərkibində Azərbaycanın suveren torpaqlarında döyüşüb.

Qeyd edilib ki, M.Paşayan ümumi cinayətkar niyyəti həyata keçirdiyinə, yəni azərbaycanlıları didərgin salmaqla onların qanuni məskunlaşdıqları ərazini işğal etməklə Ermənistana birləşdirməyə yönələn fəaliyyətdə aktiv iştirak etdiyi üçün Ermənistanın apardığı təcavüzkar müharibə çərçivəsində törədilən cinayətlərə görə məsuliyyət daşıyır.

Dövlət ittihamını müdafiə edən prokuror Fuad Musayev Martirosyan Qarik Qriqori barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları elan edib.

Müəyyən edilib ki, Q.Martirosyan cinayətkar birliyin üzvü kimi azərbaycanlılara qarşı ağır və xüsusilə ağır cinayətlərin törədilməsi ilə müşayiət olunan təcavüzkar müharibədə ümumi cinayətkar niyyəti həyata keçirdiyinə, yəni azərbaycanlıları didərgin salmaqla, etnik təmizlənmə aparılmaqla, onların qanuni məskunlaşdıqları ərazini işğal etməklə Ermənistana birləşdirməyə yönələn fəaliyyətdə fəal iştirak etdiyi üçün Ermənistan tərəfindən aparılan təcavüzkar müharibə və işğal dövründə törədilən cinayətlərə görə məsuliyyət daşıyır.

Sonra Allahverdiyan Davit Nelsoni barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatlar diqqətə çatdırılıb.

Dövlət ittihamını müdafiə edən prokuror Fuad Musayev qeyd edib ki, təqsirləndirilən şəxs 2006-2008-ci illərdə, 2020-ci ilin sentyabr-noyabr, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində cinayət hadisələrinin törədilməsində iştirak edib. D.Allahverdiyanın cinayətkar birliyin maraqları naminə Azərbaycan Respublikasının hərbi qulluqçularına atəşlər açması, Ermənistanın törətdiyi cinayətlərin nəticələrinin Azərbaycan Respublikasının hərbi qulluqçuları tərəfindən aradan qaldırılmasına yönəlmiş cəhdin qarşısının alınması ilə bağlı müqavimət göstərməsi, hərbi xidmətdə olduğu müddətdə basdırılmış minaların Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən aşkar edilərək zərərsizləşdirilməsinin qarşısının alınması üçün döyüş növbətçiliyi çəkməsi, qeyd edilən hal aşkar ediləcəyi təqdirdə isə atəş açmaq üçün hər cür ləvazimat, hərbi sursatla təchiz edilməsi, öz cinayətkar niyyətlərini davam etdirmək və digər cinayətlərdə iştirak etməsi təkzibedilməz şəkildə sübuta yetirilib.

Dövlət ittihamını müdafiə edən prokuror Vüsal Abdullayev Balayan Levon Romiki barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları diqqətə çatdırıb.

Qeyd olunub ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğal edilərək saxlanılması məqsədilə cinayətkar birliyin rəhbərləri tərəfindən işlənib hazırlanmış plana və verilmiş tapşırıqlara uyğun olaraq hücum əməliyyatlarında, ələ keçirilmiş mövqelərin qorunmasında, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yeri, hərəkəti barədə topladığı məlumatları birliyin rəhbərlərinə çatdıraraq başlanılmış təcavüzkar müharibənin planlaşdırılmasında, yeni hücum planlarının hazırlanmasında iştirak edib.

Həmçinin aparılan döyüş əməliyyatlarında Azərbaycan Respublikası Silahlı Qüvvələrini zəiflətmək məqsədilə birbaşa atəş dəstəyi verməklə, işğal xəritəsini genişləndirmək məqsədilə işğalçı qüvvələrin cəbhədə irəliləməsini, hərbi mövqelərin qorunmasını, işğal altında saxlanılan Azərbaycan Respublikasının suveren ərazilərində qanunsuz mühəndis istehkam qurğularının qurulmasını, ətraflarında minalanma işlərinin aparılmasını təmin etməklə və digər hərəkətlərlə çoxsaylı cinayətkar funksiyaları yerinə yetirib.

O, 1995-1998-ci illərdə, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan müddət ərzində cinayət hadisələrinin törədilməsində iştirak edib.

Beqlaryan Vasili İvani barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları diqqətə çatdıran dövlət ittihamını müdafiə edən prokuror Vüsal Abdullayev bildirib ki, təqsirləndirilən şəxs 2012-2013-cü illərdə, habelə 2022-ci ilin sentyabrından 2023-cü ilin sentyabr ayının sonunadək Azərbaycan Respublikasının ərazilərində cinayət hadisələrinin törədilməsində iştirak edib. O, Ağdərə rayonu ərazisində Ermənistan ordusunun tərkibində aktiv fəaliyyətlə məşğul olmasına baxmayaraq, öz cinayətkar fəaliyyəti ilə cinayətkar birliyin digər üzvlərinin və rəhbərlərinin Azərbaycan Respublikasının digər ərazilərində də törədilmiş cinayətlərinə bilavasitə şərait yaradıb.

Dövlət ittihamını müdafiə edən prokuror Vüsal Abdullayev Stepanyan Qurgen Homeri barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları diqqətə çatdırıb.

Bildirilib ki, o, 2005-2007-ci illərdə Ermənistan silahlı qüvvələrinin ən böyük hərbi birləşməsinin tərkibində Füzuli rayonu ərazisində ön cəbhədə “xidmət edib”, daha sonra Xocalı rayonunun ərazisində yerləşdirilmiş cinayətkar birliyin struktur qurumu olan Musayelyan Edo Robertoviçin rəhbərlik etdiyi qanunsuz silahlı mütəşəkkil birləşməyə qoşulub, həmin birləşmənin üzvü kimi fəaliyyət göstərib.

Qeyd edilib ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Q.Stepanyana ibtidai istintaq zamanı elan edilmiş ittihamlar tam şəkildə təsdiq olunub.

Qazaryan Erik Roberti barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona qarşı irəli sürülən ittiham üzrə zəruri xüsusatları diqqətə çatdıran dövlət ittihamını müdafiə edən prokuror Vüsal Abdullayev bildirib ki, Ermənistan Respublikasının vətəndaşı olan təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayının sonunadək olan müddət ərzində cinayət hadisələrinin törədilməsində iştirak edib.

İttiham tərəfinin çıxışları zamanı məhkəmə zalındakı təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayətlər üzrə fotoşəkillər də nümayiş etdirilib.

Məhkəmə prosesi noyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Previous Post

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib

Next Post

Prezident İlham Əliyev və Pakistanın Baş naziri birgə nahar ediblər

Bənzər yazılar

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO

03 İyun 2026 - 12:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. Elchi.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh...

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

02 İyun 2026 - 15:30

Ermənistan-Türkiyə münasibətlərində istiləşmə Ankaranın regional təsirini gücləndirə və eyni zamanda İrəvanın Rusiyadan asılılığını qismən azalda bilər, lakin bu proses Moskvanın...

Bişkekdə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Bişkekdə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

28 May 2026 - 12:21

Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyi tərəfindən Bişkek şəhərinin “Hyatt Regency” mehmanxanasında 28 May–Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil etmişdir. Ziyafətdə...

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edilib

28 May 2026 - 01:39

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:...

Next Post
Prezident İlham Əliyev və Pakistanın Baş naziri birgə nahar ediblər

Prezident İlham Əliyev və Pakistanın Baş naziri birgə nahar ediblər

Şuşa şəhərinin işğaldan azad edilməsinin 5 ili tamam olur

Şuşa şəhərinin işğaldan azad edilməsinin 5 ili tamam olur

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.